image-img-20221005-wa0006backend

Avropa-Azərbaycan tərəfdaşlığı yeni müstəvidə

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabr ayının 30-da Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin rəsmi dəvətilə Bolqarıstana səfər etdi. Görüş tarixi hadisə, tarixi səfər kimi yaddaşlara həkk olundu. Bu tarixin müəllifi əlbətdə ki, cənab Prezident İlham Əliyevdən başqası deyildi. Bolqarıstanla Azərbaycan dost və strateji tərəfdaş ölkələrdilər və ilk diplomatik münasibətlər 1992-ci ildə qurulub. Hələ 2013-cü ildə imzalanmış qaz satışı müqaviləsinə əsasən Şahdəniz yatağından hasil olunun qaz Cənub Qaz Dəhlizi vasitəsilə Bolqarıstana çatdırılmalı idi. Bildiyimiz kimi hazırda bütün dünyada mühüm geosiyasi, iqtisadi və tarixi hadisələr yaşanır. Bu mühüm hadisələr fonunda bu ilin yanvar ayından Avropada mövcud olan qaz böhranı fevral ayında başlanan Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar daha da dərinləşdi. Artıq Avropa özünün enerji təhlükəsizliyini təmin etmək və qaz təchizatını genişləndirmək üçün özünə yeni etibarlı və güvənilir tərəfdaş axtarırdı. Hər birimiz çox gözəl bilirik ki, bir ölkənin enerji təhlükəziliyi onun milli təhlükəsizliyinin tərkib hissəsidir. Bütün qeyd olunanları nəzərə alsaq bu məqamda Avropanın imdadına Azərbaycan yetişdi. Səfər çərçivəsində çox geniş və zəngin proqram müəyyən olunmuşdur. Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun işə düşməsi münasibətilə oktyabr ayının 1-də paytaxt Sofiya şəhərində Milli Mədəniyyət Mərkəzində bir çox dövlət rəhbərlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilmişdir. Avropanın yeni enerji xəritəsi layihəsinin açılışında çıxış edən cənab Prezident İlham Əliyev tədbirin ali qonağı təəssüratı yaradırdı. Qitənin ən böyük infrastruktur layihəsi olan bu yeni enerji marşurutuna Avropada böyük ümidlər bəsləyirlər. Əlbətdə Azərbaycan uzun illər Avropada etibarlı neft təchizatçısı kimi tanınıb . İndi isə qaz təchizatçısı kimi çıxır edir . Artıq Avropa da Azərbaycanın əhəmiyyətli tərəfdaş olduğunu yaxşı başa düşürlər. Bizim bir neçə ildir ki, Bolqarıstan, İtaliya və Yunanıstan ilə qaz tədarükü barədə müqaviləmiz var. Digər Avropa dövlətləri də bu layihə ilə yaxından maraqlanaraq Azərbaycandan qaz tədarükü üçün müraciət ediblər. Bu qlobal layihə bütün Avropanın marağındadır.
İndi isə bütün diqqəti möhtəşəm tədbir zamanı iştirakçıların çıxışlarına yönəldək. Beləki ayrı-ayrı dövlət rəhbərləri çıxışları zamanı Azərbaycanın layihədəki önəmindən və etibarlı tərəfdaş olduğundan geniş bəhs etmişlər. Diqqəti çəkən və önəmli məqam hesab olunan məsələlərdən biri də Avropa liderlərinin dilindən cənab Prezident İlham Əliyev haqqında söylədikləri gözəl fikirlər idi və bu hadisə bir azərbaycanlı olaraq hər birimizi qürurlandırdı və sevindirdi. Bütün bunlar ölkə rəhbərimizin Avropada necə böyük nüfuza sahib olduğunu və Azərbaycanın etibarlı və sadiq dost olduğunu göstərir. Çıxış edən dövlət rəhbərləri İlham Əliyevi Avropada ən çox arzuolunan şəxs kimi qeyd edirdilər. Azərbaycan dövlətini və onun liderini dost qismində görən Avropa bu münasibətdən məmnunluğunu ən yüksək tribunadan bəyan elədi.
Bildirmək istəyirəm ki, bu layihə sayəsində Avropanın enerji xəritəsi tamamilə dəyişəcək. Hər bizimiz çox gözəl anlayırıq ki, bu cənab Prezident İlham Əliyevin yürütdüyü və yeni geosiyası vəziyyətə uyğun böyük ustalıqla işlənmiş siyasətidir və bu siyasət milli maraqlarımıza tam cavab verir. Əminliklə deyə bilərik ki, indi Avropaya gedən yolun başlanğıc nöqtəsi Azərbaycandır.

Nizami Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı-Zeynalov Eldəniz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki