image-44342de4-050c-341c-b0b9-b9d9745768d9_850backend

Avropa çempionatı: Azərbaycanın basketbol millisi Ermənistana qalib gəlib

image-reklam_sirab_01

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi San Marinoda gənclər arasında təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib.

C divizionunda yer alan yığma B qrupundakı üçüncü matçında Ermənistanla üz-üzə gəlib. “Domus Arena”kı qarşılaşma Azərbaycanın 76:65 hesalı qələbəsi ilə başa çatıb.

Milli komanda bu qələbə sayəsində yarımfinala vəsiqəni vaxtından əvvəl təmin edib.

Yığma qrupdakı sonuncu oyununu iyulun 28-də Moldovaya qarşı keçirəcək.

Qeyd edək ki, yığma qrupdakı ilk oyununda “Lüksemburq”a 75:71, ikinci görüşündə isə Cəbəllütariqə 115:60 hesabı ilə qalib gəlib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki