image-photo-2022-07-21-16-25-20backend

Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır

image-reklam_sirab_01

Avropa İttifaqı qlobal siyasət və Avrasiya bölgəsinin mühüm birliklərindən biridir. Ölkəmizin Avropaya inteqrasiya yolunda, həmçinin, diplomatik fəaliyyətdə tarixi əhəmiyyət kəsb edən bu qurum Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsində, mövqeyinin möhkəmləndirilməsində böyük rol oynayır. Aİ və Azərbaycan arasında hüquqi müqavilə imzalandıqdan sonra tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasında böyük önəm daşımağa başladı.

Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin 18 iyul tarixli birgə bəyanatı bir çox aspektlərdən xüsusi əhəmiyyət daşıyır. Avropa İttifaqı ilə münasibətlər Azərbaycanın xarici siyasi kursunda üstünlük verdiyi məsələlərdəndir. Aİ və Azərbaycan münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir. Aİ Azərbaycanın əsas ticarət, o cümlədən ən böyük ixrac tərəfdaşıdır.
Qeyd etmək lazımdır ki, Azərbaycanın regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması ölkəni Aİ üçün cəlbedici edən faktorlardır.
Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə on beş ildən artıqdır sıx əməkdaşlıq edir. 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanmışdır. İkitərəfli əlaqələrin inkişafında bu sənədlər mühüm rol oynamışdır. Artıq Azərbaycan Avropa İttifaqı üçün daha etibarlı və etimad doğuran tərəfdaşdır. Hazırda Azərbaycandan ildə Avropaya 8 milyard kubmetr qaz ixrac olunur.Gələcəkdə Azərbaycandan Avropaya nəql edilən qazın həcmi 3 dəfə artaraq ildə 30 milyard kubmetrə çatdırılacaq. Bundan əlavə günəş külək və digər növ bərpaolunan enerji və nəqliyyat sahələrində əməkdaçlığın böyük perspektivləri vardır. Həmçinin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada da ciddi işlər aparılır. Avropa İttifaqı Azərbaycan üçün əsas ticarət tərəfdaşdır. Ticarət dövriyyənin artırılması və inkişaf etdirilməsində əsas məqsəd xalqlarımızın rifahının yaxşılaşdırılmasıdır. Hazırda Azərbaycan Qarabağada bir çox istiqamətlərdə o cümlədən enerji sahəsində mühüm layihələrin icrasını planlaşdırır. Artıq bir sıra layihələrin icrasına başlanılıb. Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı 157 qeqavata bərabərdir. Gələn illər ərzində istifadəyə veriləcək yeni qaz yataqları da mövcuddur. Bərpaolunan enerjidən istifadə edilmə nəticəsində ixrac üçün daha çox qaz ehtiyatı təmin olunacaqdır.

Bakı şəhəri Nəsimi rayonu Namiq Axundov adına 1 nömrəli tam orta məktəbin tarix müəllimi,
Cəfərova Leyla.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki