image-reklam-veteninfo
image-photo-2022-04-15-10-17-05backend

Avropa İttifaqı ilə bizim təmaslzrımız müharibədən sonra daha intensiv xarakter almışdır.

image-reklam-veteninfo

Avropa İttifaqı 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallığı başa düşür. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycana səfəri zamanı birgə mətbuat konfransındakı nitqində Dağlıq Qarabağ, status və sair bu kimi ifadələr işlətməyib, hətta Ermənistanla Azərbaycan arasında mövcud olan bəzi məsələləri “mübahisə” adlandırıb. Bu faktın özü göstərir ki, Avropa İttifaqı regionla bağlı siyasətində reallığı nəzərə alır. Avropa İttifaqı regionun bundan sonrakı gələcəyini həmin reallıqlar aspektindən gözdən keçirməyin vacibliyini dərk edir. Ermənistan regionda sülh və sabitliyi pozacaq addımlardan çəkinməli, Qarabağda geniş quruculuq işlərinə start verən Azərbaycanla normal münasibətləri bərpa etməklə öz xilasını təmin etməlidir. Ermənistan hakimiyyəti anlamalıdır ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpası, Zəngəzur dəhlizinin açılması, regionda sülhün tam bərqərar olması Ermənistanın özünün bu günü və gələcəyi baxımından olduqca vacibdir.
“Digər tərəfdən İkinci Qarabağ müharibəsindən sonra ötən il noyabrın 10-da imzalanan tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar yaranıb. Ermənistanın heç bir halda bu prosesə mane olmaq potensialı qalmayıb, Azərbaycan isə bu məsələdə prinsipial mövqe sərgiləyır. Prezident İlham Əliyevin “…indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Biz buna hazırıq” bəyanatı Ermənistan üçün yeganə xilas yoludur. Ermənistanı Azərbaycanla sülh sazişi üzərində danışıqlara başlamağa sövq, məcbur etmək üçün Avropa İttifaqının imkanlarından istifadə edilməsi olduqca zəruridir. Ermənistan hakimiyyəti bu həqiqəti dərk edərək yeni bir dövrün başlandığını anlamalı və ölkəmizin əməkdaşlıq səylərini dəstəkləməklə regionda yeni gərginliyin yaranmasına yol verməməlidir”
Əliyeva Aytac – Nəsimi rayom sakini




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki