image-03backend

Avropa İttifaqı ilə əməkdaşlıq genişlənir

image-reklam_sirab_01

Ölkəmizin dünyada sülh və sabitliyə dəstəyini ifadə edən mövqeyi Prezident İlham Əliyevin siyasi fəaliyyətində tam əksini tapır. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət dünyada irqi, milli, etnik və digər zəmində baş verən qarşıdurmalar fonunda Qafqazda sülhə və onun qorunmasına xidmət edir.
Azərbaycan son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə milli gücünün artmasını təmin edib.
Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində inamlı islahatlar aparan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur. Cənab Prezidentin vurğuladığı kimi, Silahlı Qüvvələrimiz dünya miqyasında ən güclü ordular sırasında yer alır və 44 günlük Vətən müharibəsində əldə edilən parlaq qələbə bunun bariz nümunəsidir.
6 oktyabr tarixində Prezident İlham Əliyevin Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısının plenar iclasında iştirak etmişdir.
Həmçinin qeyd edək ki, “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.
Görüşdə ölkəmizin maraqlarını təmin edən birgə bəyanat qəbul edilmişdir və həmin bəyanatda “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.” Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu.
Azərbaycan Ordusunun tarixi Qələbəsi sərhədlərin delimitasiyası istiqamətində tədbirlərə başlaması və Ermənistanla Azərbaycan arasında münaqişə bitdikdən sonra delimitasiya və demarkasiya sülh müqaviləsinin tərkib hissəsi kimi həyata keçirilməsi barədə müzakirələr olmuşdur. Regiona tam sabitlik gətirilməsi baxı¬mından bu, çox önəmlidir.
5 saatdan artıq davam edən görüşlərdə ölkəmizin mövqeləri prinsipial olaraq təmin olundu və Azərbaycana təzyiq göstərilməsi cəhdlərinin Prezident İlham Əliyevin peşəkar diplomatiyası nəticəsində qarşısı alındı.
Prezidentliyi dövründə İlham Əliyevin yürütdüyü siyasi kurs ildən-ilə Azərbaycanın gücünə güc qatıb, ölkəmizi dünyanın ən sürətlə inkişaf edən dövlətləri sırasına yüksəldib.

Xəlilova Aynur – siyasi şərhçi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki