image-reklam-veteninfo
image-photo-2022-04-08-21-54-49backend

Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir.

image-reklam-veteninfo

Azərbaycanın tarixi Zəfərimizin reallıqlarının təqdimatı və qəbulu istiqamətində atdığı addımlar və onların fonunda diplomatik uğurlarımız biri-birini əvəzləməkdədir. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının dünyaya təqdimatı olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra dünya güclərinin bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dəstək göstərməyə hazır olduqlarını bildirmələri, həmçinin, bu məqsədlə görüşlərin keçirilməsində təşəbbüskar kimi çıxış etmələri də diplomatik uğurlarımızın təqdimatında əhəmiyyətli rol oynayır. 2021-ci ilin Moskva və Soçi görüşlərinin ardınca Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşünün təşkil olunması Brüssel sülh gündəliyinin əsasını qoydu. Qazanılan uğurlu nəticələr Prezident İlham Əliyevin dünyada böyük nüfuzunun göstəricisi, Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin növbəti uğurları kimi dəyərləndirilir. 44 günlük Vətən müharibəsində tarixi Qələbəsi ilə ordusunun gücünü, qüdrətini dünyaya nümayiş etdirən ölkəmizin informasiya cəbhəsində də üstünlüyü göz önündədir”.
Aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın 4 saat yarımdan artıq davam edən görüşlərinin nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması barədə qərar qəbul olunub: “Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Ölkəmizin təklif etdiyi sülh təklifinin əsas maddələrindən biri tərəflərin bir-birinin ərazi bütövlüyünü dəstəkləməsidir. Torpaqlarımızın işğal altında qaldığı 30 ilə yaxın dövrdə rəsmi Bakının ən yüksək tribunalardan səsləndirdiyi bəyanat “Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz” idi. Dövlətimizin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın dəmir yumruq kimi Müzəffər Ali Baş Komandanın ətrafında sıx birliyi, həmrəyliyi sayəsində 30 illik işğala 44 gündə son qoyub, ərazi bütövlüyümüzü təmin etməklə işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin əsas amil olduğunu sübut etdik. Azərbaycan hər zaman xarici siyasətində beynəlxalq hüquq normalarını əsas tutub və bütün münaqişəli məsələlərin bu prinsiplər əsasında həll olunmasına səy göstərib. Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir, Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür:Tarixi Zəfərimizdən sonra dünyanın siyasətində baş verən yeniliklər göz önündədir. Azərbaycanın sözünün imzası qədər əhəmiyyəti özünü daha qabarıq şəkildə büruzə verir. Təkcə son iki ayda ölkə Prezidenti İlham Əliyevlə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, ünvanlanan məktublar dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir. Azərbaycanın ədalətə, beynəlxalq hüquqa əsaslanan müstəqil siyasətinin uğurları davamlıdır və beynəlxalq səviyyədə təqdir edilir.

Əhmədova Cavahir,YAP- in üzvü




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki