image-4167e5fa-b14b-3403-bc52-bd5e640ef092_850backend

Avropa Ukrayna ordusuna təlim keçmək üçün genişmiqyaslı missiyaya başlamağı planlaşdırır

image-reklam_sirab_01

Avropa İttifaqı Ukraynaya qonşu ölkədə ukraynalı hərbçilərə təlim keçmək üçün missiyaya başlamaq niyyətindədir.

Bunu İspaniyada Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

Onun sözlərinə görə, gələn həftə Aİ müdafiə nazirlərinin Praqada keçiriləcək görüşündə Ukrayna hərbçilərinin təlimi üçün böyük əməliyyata başlamaq təklifi siyasi baxımdan müzakirə olunacaq:

“Davam etməkdə olan müharibənin təkcə təchizat baxımından deyil, həm də təlim və ordunun təşkilinə köməklik baxımından səy tələb etməsi ağlabatan görünür”.

Borrel həmçinin qeyd edib ki, missiya Ukraynada deyil, qonşu ölkədə yerləşəcək: “Biz yüz minlərlə əsgərin səfərbər olunduğu real, şərti müharibə ilə üz-üzəyik və istənilən missiya vəzifəyə uyğun olmalıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki