image-2ab1be0d-8321-302e-981b-63c41b312259_850backend

Avropada meymunçiçəyinə 16 000-ə yaxın yoluxma aşkarlanıb

image-reklam_sirab_01

Avropa regionunun 38 ölkə və bölgəsində meymunçiçəyinə 15 926 yoluxma aşkarlanıb.

Bu barədə Avropa Xəstəliklərin Qarşısının alınması və Nəzarət Mərkəzi (ECDC) məlumat yayıb.

Avqustun 2-ə olan məlumata görə, regionun 32 ölkəsindən “TESSy” Avropa müşahidə sistemi vasitəsilə iki ölüm halı da daxil olmaqla 15 624 yoluxma qeydə alınıb. “TESSy-yə bildirilən 15 624 hadisədən 15 524-ü laboratoriyada təsdiqlənib”, – hesabatda deyilir.

Ən çox yoluxma 31-40 yaş arasıdır (41 %) və kişilərdə (99,1 %) qeydə alınıb. Tez-tez yoluxmuş şəxslər səpki (94,8 %) və hərarət, yorğunluq, əzələ ağrısı, titrəmə və ya baş ağrısı (65 %) kimi sistemik simptomlarla müraciət ediblər. 399 nəfər (5,6 %) xəstəxanaya yerləşdirilib, onlardan 150 nəfərinin stasionar yardıma ehtiyacı var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki