image-f9960ae1-cca0-49a5-a52f-4c537eb3136cbackend

Avropanın Azərbaycanın enerji resurslarına marağa artıb

image-reklam_sirab_01

 

 

Bu gün Ukraynada gedən müharibə ilə əlaqədar dünyanın Rusiyanın neft və qazından imtina etməsı səbəbindən dünyada çox gərgin enerji böhranı yşanmaqdadır. Bununla əlaqədar Avropa dövlətləri ilə yanaşı dünyanın bir sıra ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları əlavə enerji bazarları axtarır, Yaxın Şərqin neft-qaz ixrac edən ölkələri ilə yeni müqavilələr imzalmağa çalışırlar. Bu işlər fonunda Avropa dövlətlərinin Azərbaycana olan diqqəti artmaqdadır.

Avropa İttifaqı Azərbaycanın böyük enerji, infrastrktur imkanlarını nəzərə alaraq Azərbaycanın qazından, bərpa olunan enerjisindən daha çox bəhrələnmək istəklərini ortaya qoyur və elə buna görə də iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Bakıya rəsmi səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər.

Qeyd olunub ki, on beş ildən artıqdır ki, Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə sıx əməkdaşlıq edir. 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanmışdır.

Bu gün dünyada enerji təhlükəsizliyi məsələləri çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir. Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqu mövcuddur. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlanıb. Bu da Azərbaycanın uğuru və gələcək inkişafina zəmin kimi qiymətləndirilməlidir.

Prezident İlham Əliyevin böyük uğurla həyata keçirdiyi siyasət nəticəsində dünyanın enerji bazarında baş verən dəyişikliklərdən məharətlə istifadə edilərək dövlətimizin maraqları qorunur. Azərbaycan heç vaxt öz enerji ehtiyatlarını kiməsə qarşı silaha çevirməyib, bunu heç vaxt siyasiləşdirməyib. Enerji məsələsinə əsasən kommersiya prizmasından baxmaq bu gün də davam edir. Cənab Prezidentin Avrokomissiya prezidenti ilə görüşdə dediyi kimi şəbəkə və infrastruktur qurmaq enerjinin özü qədər vacibdir və bu bizim üstünlüyümüzü təmin edir. Azərbaycan qaz və nəql üçün zəruri şəbəkələr yaradılıb və bundan istifadə edilir. Azərbaycanın Avrokomissiya ilə enerji sahəsində strateji saziş imzalaması məhz zərurətdən irəli gəlir.

Avropa Birliyi ilə enerji sektoru üzrə ardıcıl əməkdaşlıq canlı və dinamik prosesdir və inkişaf etdirilir. Bu gün yeni statusda ölkəmizin imkanları dəyişir, Azərbaycan Avropanın enerji sistemində mühüm rol oynamağa başlayır. Bundan sonra Avropada Azərbaycana nefti-qazı sadəcə satan tərəf kimi baxıla bilməz. Əksinə, hər kəs qəbul edəcək ki, Azərbaycan Avrasiyanın enerji geosiyasətini formalaşdıran əhəmiyyətli güclərdən biridir.

Açılmış mühüm perspektivlərdən biri də  ölkəmizin külək və günəş enerji sektorlarını dinamik inkişaf edərək gəlir gətirən sahəyə çevirməkdən ibarətdir. Avropada yaxşı başa düşülür ki, Azərbaycanda külək və günəş enerjisini artlrmaqla daha çox qaz alıb aparmaq imkanı əldə etmək olar.

Nəhayət, Avropa İttifaqı ilə yeni strateji tərəfdaşlıq həm də Azərbaycanın ərazi bütövlüyünə və süverenliyinə pozulmazlıq təminatı verən yeni hüquqi-siyasi sənəddir. Anlaşmanın son maddəsi bütün Avropanı Azərbaycanın qarşısında bu öhdəliklə qarant edir.

 

 

Elsən Manafov  –  siyasi sərhçi, politoloq

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki