image-da6c2456-3998-308b-80b0-53c94e6d3fe5_850backend

Avropanın ən böyük alüminium zavodu istehsalı azaldır

image-reklam_sirab_01

Avropanın ən böyük alüminium əritmə zavodu olan “Aluminium Dunkerque Industries France” artan enerji xərcləri fonunda istehsalı 22% azaldacaq.

bu barədə zavodun rəhbəri Qiyom de Qois “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

Hasilatın azaldılması sentyabrın 12-də başlayacaq və oktyabrın 1-də tam qüvvəyə minəcək.

Bərpanın vaxtı bəlli deyil, çünki regionda elektrik enerjisi qiymətlərinin MVt üçün 250 avro olması iqtisadi məna kəsb edəcək.

Ötən il 290 min ton alüminium istehsal edən zavod elektrik enerjisinin böyük hissəsini uzunmüddətli müqavilələr əsasında sabit tariflərlə alıb, qalan hissəsini isə bazar qiymətləri ilə almaq məcburiyyətində qalıb.

“Bloomberg” qeyd edir ki, Avropada alüminium istehsalı 1970-ci illərdən indiyədək ən aşağı səviyyəyə düşüb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki