image-f5ab88e1-10f7-33e2-80b6-79cecc75851a_850backend

Avstraliyanın 39 vətəndaşının Rusiyaya girişinə qadağa qoyulub

image-reklam_sirab_01

Rusiya Xarici İşlər Nazirliyi Avstraliyanın 39 vətəndaşının ölkə ərazisinə girişinə qadağa qoyub.

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Rəsmi Kanberranın Maqnitski Aktının avstraliyalı analoqu əsasında sanksiyalar tətbiq etmək barədə əvvəlki qərarına cavab olaraq, Rusiya Federasiyası qarşılıqlılıq əsasında Avstraliyanın hüquq-mühafizə, sərhəd xidməti orqanlarının, həmçinin müdafiə sektorunun podratçı şirkətlərinin nümayəndələri arasından 39 nəfəri milli “stop siyahısı”na əlavə edir”, – Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Nazirlik həmçinin qeyd edib ki, Avstraliya hakimiyyətinin rusofob əhval-ruhiyyəni gücləndirməkdə və sanksiyaları genişləndirmək siyasətini davam etdirməkdə davam etdiyi şəraitdə rəsmi Moskva “sonrakı əks tədbirlər görmək hüququnu” özündə saxlayır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki