image-img_0662backend

Azad edilmiş ərazilərdə təqribən 30 illik işğal dövründə demək olar ki, bütün binalar və tarixi abidələr dağıdılıb.

image-reklam_sirab_01

Düşmən 30 il ərzində işğal etdiyi torpaqlarda bərpa işləri aparmaq əvəzinə, əksinə olaraq, bütün tarixi abidələri və binaları dağıdıb məhv edirdilər. Çünki onlar çox yaxşı bilirdilər ki, gec-tez Azərbaycan xalqı öz torpaqlarını geri qaytaracaq və onlarında mübarizə aparmağa gücləri çatmayacaq. İlk olaraq qeyd etmək olar ki, ilk işğal olunan rayon Xocavənd rayonu olub.

Ermənilərin təcavüz nəticəsində Xocavənd rayonunda dağıdılan  tarixi və dini abidələrinə Alban kilsəsi və Alban qəbiristanlıqları,Salakətin kəndi ərazisindəki Dəmirov və Dağdağan ocaqları, Xocavənd kəndi ərazisində yerləşən Cicim ocağı, Əmirallar kəndi yaxınlığındakı (keçmiş Bəhrəmli kəndi ərazisində) Bəhrəmli piri, Muğanlı kəndində yerləşən Seyid Rza günbəzi, Qaradağlı kəndi ərazisindəki Yel piri və neçə-neçə qiymətli maddi memarlıq abidələrini göstərmək olar.

Ermənistanın işğalı nəticəsində Xocalı rayonunun tarixi, mədəni, dini abidələri, şəhər və kəndləri, iqtisadi bazaları və s. dağıdılmışdır. Xocalı şəhərinin ən qədim tarixi abidələri, qəbristanlıqlar, Kərkicahan qəsəbəsi, Kosalar, Cəmilli və Meşəli kəndlərindəki qəbristanlıqlar, dini abidələr, məsələn, Meşəlidəki  “Seyid qəbri” və s. dağıdılmışdır.

Ermənistan qoşunları tərəfindən işğal olunduqdan sonra Zəngilan rayonu ərazisində mövcud olan yüzə qədər tarixi-dini və memarlıq abidəsi məhv edilib. Rayonun ermənilərin  terroruna məruz qalmış tarixi-dini abidələri sırasında məscidlər və ziyarətgahlar – İmam Hüseyn məscidi (XVII əsr, Zəngilan şəhəri), Zəngilan məscidi (XIX əsr), Malatkeşin məscidi (XIX əsr), Qırıq Muşlan, Muşlan, Rəzdərə kəndlərindəkii məscidləri (XIX əsr), Xanazor, Yeməzli alban kilsələrini – (Yeməzli kəndi); ziyarətgahlar – Səkkizguşəli türbə (XIV əsr, Məmmədbəyli kəndi), Ziya Baba ocağı (Ağkənd), Xanazur türbəsi və piri, Sultan Heydər piri (Bartaz kəndi), Günqışlaq piri, Hacıllı günbəzi, Məlikli Hacı Mir Məhəmməd ocağı, Pirveyis piri, Seyid Musa ocağı (Sobu kəndi), Qaradağlı piri (Şəfibəyli kəndi), Yal piri (Vejnəli kəndi), Soltan ocağı (Yeməzli kəndi) Məmməd bəy türbəsi (Məmmədbəyli kəndi) bu gün tamamilə dağıdılıb.

Bütövlükdə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilənə qədər Zəngilan rayonu üzrə 96 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatında idi. İndi bu abidələrin əksəriyyəti məhv edilib. Bu gün artıq torpaqlarımız işğal altından azad edilmişdir. İşğaldan azad edilmiş rayonlarımız yenidən bərpa olunacaq və yenə əvvəlki kimi gözəl olacaqlar.

 

Bakı Qızlar Universiteti – Yusubova Təravət


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki