Bildiyimiz kimi ölkəmiz idman sahəsində çox böyük uğurlar əldə etmiş ölkələrdən biridir.Həmçinin idman oyunlarının, olimpiyadalarında keçirildiyi əsas ünvanlardan biridir. Bu gün, idmanla yanaşı bütün sahələrdə Azərbaycan Demokratik Respublikası öz tarixinin çox şərəfli, sürətli inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Bu gün artıq biz tam əminliklə deyə bilərik ki,yeni müstəqil ölkə olmasına, müstəqillik dövründə ağır sınaqlardan keçməsinə baxmayaraq, Azərbaycanda idman və bədən tərbiyəsinin inkişafı,kütləviləşməsi işi böyük ölçüdə təmin edilmişdir artıq . Uşaqların, yeniyetmələrin, gənclərin idmana marağı ildən-ilə artır və başqa ölkələrdə idman müsabiqələrdə ölkəmizi layiqincə təmsil edirlər. Müasir idman infrastrukturunun yaradılması istiqamətində işlər davam edir, yeni idman qurğuları inşa edilir və köhnəlmiş idman kompleksləri bərpa edilir. Artıq elə bir bölgə yoxdur ki, orada bədən tərbiyəsi və idmanın inkişafı prioritetlər sırasında olmasın. İndi ölkədə 10 mindən çox idman qurğusu fəaliyyət göstərir. Məlumdur ki 2020-ci il 27 sentyabrda başlayan ikinici Qarabağ müharibəsində bütün dünyada tarix yazar Azərbaycan ordusu zəfər çalaraq məhfur düşmən üzərində qələbə çalmış ve torpaqlarımızın bütövlüyü yenidən bərpa olunmuşdur.Erməni vandalizminə məruz qalan şəhər və rayonlarımızda yenidən qurma işlər başlamış və tez bir zamanda yenidən həmin ərazilərdə öz evlərindən didərgin düşmüş insanlarınin səlahiyyətinə veriləcək.Bu ərazilərdə hemçinin idman sahəsində yenidən bərpa olacaq.Qayıdışdan sonra işğaldan azad olunan rayonlarımızda proqram əsasında mərhələli şəkildə müasir, dünya standartlarına uyğun idman obyektləri tikilib istifadəyə veriləcək.Ermənistanın işğalından əvvəl sadəcə Şuşada
Şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, “Qarabağ” Pioner İdman Düşərgəsi, Şahmat Məktəbi, Şahmat Klubu, Güllə Atıcılığı Tiri, futbol-voleybol meydançası,Qubadlı: Şəhər stadionu, Uşaq-Gənclər İdman Məktəbi, Şahmat Məktəbi, şəhərdə voleybol meydançası – üç ədəd, kənd futbol meydançaları – 19 ədəd ve hemçinin digər şəhər və ronlarımızda bir çox obyektlər inşa edilmişdir. Həmin rayonlarda vaxtı ilə mövcud olan idman obyektləri ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış ,məhv edilmişdir.Lakin buna baxmayaraq yenidən əvvəlkindən daha da yaxşı ən müasir standartlara cavab verecək idman komplekslərinin tikintisinə başlanılıb və yenidən həmin ərazilərdə həyat yenidən bərpa olunduqda artıq böyük idman yarışları sadəcə Bakıda deyil ,həmin ərazilərdə də həyat keçiriləcek.
Xəlilova Sərvinaz- YAP üzvü


























