image-03backend

Azadlığına qovuşan Qubadlının həyatında yeni dövr

image-reklam_sirab_01

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin başladığı əks-hücum əməliyyatı nəticəsində 25 oktyabr 2020-ci ildə qədim tarixə malik Qubadlı şəhərinin 27 illik işğalına son qoyuldu.

Oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsinin birinci ildönümü günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayonunda səfərdə olublar. Dövlət başçısı  İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak ediblər. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər səfəri Böyük Qayıdışı daha da yaxınlaşdırır. Bu baxımdan ki, görülən işlərin miqyası daha da genişləndirilir, insanların rahat yaşayışı üçün bütün zəruri addımlar atılır. Bu səfərlər, eyni zamanda, Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajdır ki, torpaqlar əsl sahibindədir. Bu ərazilər yenidən qurulur, bərpa edilir, əsl cənnətməkana çevriləcək. Artıq istifadəyə tam hazır olan Füzuli Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan ilk layihə olaraq dünyanın diqqətindədir. Beynəlxalq status alan bu hava limanı strateji və iqtisadi əhəmiyyəti baxımından geniş təhlil olunur. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, artıq torpaqlarımızın işğaldan azad edildikləri tarixləri qeyd edirik.

İşğaldan azad edılmiş torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri iyirmi yeddi illik işğaldan sonra azadlığına qovuşan Qubadlının həyatında yeni dövr açır. Ümid edirik ki, bərpa-quruculuq işlərinin uğurlu nəticələri ölkənini müxtəlif rayonlarında məcburi köçkün kimi məskunlaşan Qubadlıları tezliklə öz doğma torpaqlarına qaytaracaqdır.  Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qubadlı rayonuna səfərləri çərçivəsində açılışı və təməlqoyma mərasimləri keçirilən sosial obyektlər bu reallığın təsdiqidir.

 

 

Adil Hüseynov – ADİU-nin baş müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki