Azadlıq Radiosu Rusiya ərazsində fəaliyyətini dayandırıb.
Veteninfo.az-ın xəbərinə görə, bu barədə radionun yaydığı bəyanatda deyilir.
Bəyanatda deyilir ki, Azadlıq radiosunun Rusiya bölməsi martın 4-də vergi orqanları onun barədə bankrot proseduru başlatdığı üçün fəaliyyətini dayandırır.
Qeyd edək ki, bir neçə gün öncə Roskomnadzor radionu Ukrayna münaqişəsi ilə bağlı yalan xəbər yaymaqda ittiham edərək onun internet saytına girişi məhdudlaşdırmışdı.