image-01-56backend

Azərbaycan Albaniya əlaqələri inkişafdadır

image-reklam_sirab_01

Noyabr ayının 15-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Albaniyaya rəsmi dövlət səfərinə gəlib. Əminliklə demək olar ki, ölkə başçısının bu səfəri ölkələrimizarası münasibətlərin inkişafına yeni impuls verəcəkdir.

Bu gün Azərbaycan Albaniya əlaqələri özünün inkişaf dövrünü yaşayır. Albaniyanın dövlət başçılarının Azərbaycanda dəfələrlə səfərdə olmalarına baxmayaraq bu səfər Azərbaycan Prezidentinin Albaniyaya ilk gəlişidir.

Albaniya ATƏT-in hazırdakı sədri və BMT TŞ-nın qeyri-daimi üzvü kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və təmsil olunduğu beynəlxalq təşkilatlarda hər zaman yanımızda olub. İqtisadi əməkdaşlığımız 5 milyon dollar ticarət dövriyyəsi ətrafındadır. Buna baxmayaraq ölkələrimizarası iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün potensial böyükdür.

Bu barədə Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatı zamanı bildirib. “Siz qeyd etdiniz ki, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Biz bunu çox yüksək qiymətləndiririk. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatları Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk”, – dövlət başçısı deyib.

Albaniya TAP-ın iştirakçısıdır, Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Bu ölkənin coğrafiyası CQD-nin şaxələndirilməsinə imkan verir. Bu gün Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində vacib faktora çevrilib. Albaniya Avropa birıliyin daxil olmasa da münasibətlərimizin yüksək olması Avropa ittifaqı ilə bu ölkə üzərindən əməkdaşlıq imkanlarımızı genişlənir. Azərbaycanıla Albaniya sərmayələrin qarşılıqlı yatırılmasına başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatında bildirib ki, “Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən etibarlı tərəfdaş kimi artıq tanınır və qiymətləndirilir”. “Bizim qaz ehtiyatlarımız çox zəngindir və hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfəyə genişləndirilməsi məsələsi müzakirə olunur. Cənub Qaz Dəhlizi layihəsi cəmi iki ilə yaxındır ki, istismardadır. Amma artıq Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan hər iki kəmərin genişləndirilməsi müzakirə olunur. Bu, onu göstərir ki, buna böyük ehtiyac var, təlabat var. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən etibarlı tərəfdaş kimi artıq tanınır və qiymətləndirilir. Əlbəttə ki, biz də bu məsuliyyəti yaxşı başa düşürük”, – İlham Əliyev qeyd edib.

Ölkə başçısının Albaniyaya rəsmi səfəri çərçivəsində iki ölkə arasında bir çox spektrlərdə əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək yeni sənədlər imzalandı.

 

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki