image-02-20backend

Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən etibarlı tərəfdaş kimi tanınır

image-reklam_sirab_01

15 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Albaniyaya ilk rəsmi səfəri baş tutub. Hər iki dövlət başçılarının Albaniyanın paytaxtı Tirana şəhərindəki görüşündən sonra mətbuata birgə bəyanatla çıxış ediblər.

Qeyd edilib ki, Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur. Albaniya prezidentləri əvvəlki illərdə Azərbaycana dəfələrlə səfər etmişdilər. Ölkələr arasında siyasi dialoqun çox güclü dinamizmi vardır.

Albaniya ATƏT-in hazırdakı sədri və BMT TŞ-nın qeyri-daimi üzvü kimi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və təmsil olunduğu beynəlxalq təşkilatlarda hər zaman yanımızda olub. İqtisadi əməkdaşlığımız 5 milyon dollar ticarət dövriyyəsi ətrafındadır. Buna baxmayaraq ölkələrimizarası iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün potensial böyükdür.

Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlıq iki ölkə arasında əlaqələri daha da gücləndirir. Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstək olub.

Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatı zamanı bildirib ki, ” Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub. Biz bunu çox yüksək qiymətləndiririk. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatları Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk”.

Qeyd edilib ki, görüş zamanı bir sıra məsələlər müzakirə edilib. İqtisadiyyat və sənaye üzrə yaradılmış müştərək işçi qrupu tezliklə birinci iclasını keçirəcəkdir.  Azərbaycan və Albaniya arasında önəmli əməkdaşlıq istiqamətlərindən biri qaz sahəsidir. Ancaq əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar vardır. Bu qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələridir.

Bu gün Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində vacib faktora çevrilib. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaqdır.  Albaniya Avropa birıliyin daxil olmasa da münasibətlərimizin yüksək olması Avropa ittifaqı ilə bu ölkə üzərindən əməkdaşlıq imkanlarımızı genişlənir. Azərbaycanıla Albaniya sərmayələrin qarşılıqlı yatırılmasına başlayıb.

Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir. Bunu ölkə başçısı öz çıxışında da qeyd edib.   “Bizim qaz ehtiyatlarımız çox zəngindir və hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfəyə genişləndirilməsi məsələsi müzakirə olunur. Cənub Qaz Dəhlizi layihəsi cəmi iki ilə yaxındır ki, istismardadır. Amma artıq Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan hər iki kəmərin genişləndirilməsi müzakirə olunur. Bu, onu göstərir ki, buna böyük ehtiyac var, təlabat var. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən etibarlı tərəfdaş kimi artıq tanınır və qiymətləndirilir. Əlbəttə ki, biz də bu məsuliyyəti yaxşı başa düşürük”.

 

 

Tufan Məmmədov – iqtisadçı ekspert

 

 

 

 

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki