image-d8bc251a-cccd-33d8-8230-b2b71cdef670_850backend

Azərbaycan-Avropa Şurası əməkdaşlığına dair yeni fəaliyyət planı hazırlanıb

image-reklam_sirab_01

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin görüşündə AŞ-Azərbaycan arasında Azərbaycanın ehtiyacları və AŞ-nın tövsiyələri əsasında işlənib hazırlanan və ümumi əməkdaşlıq çərçivəsini təşkil edəcək yeni, 2022-2025-ci illər üzrə Fəaliyyət Planı vurğulanıb.

Bu barədə Veteninfo.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Mariya Peyçinoviç Buriç AŞ Baş katibi qismində ölkəyə ilk dəfə səfər etdiyini və bu çərçivədə dövlət başçısı ilə görüşün baş tutduğunu bildirib. Baş katib səfəri çərçivəsində AŞ-Azərbaycan 2022-2025 Fəaliyyət Planının təsis görüşündə iştirak edəcəyini məmnunluqla qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki