image-reklam-veteninfo
image-photo-2022-02-08-12-27-55backend

Azərbaycan Avropanın artan enerji tələbatını qarşılamağa hazırdır.

image-reklam-veteninfo

Azərbaycan qazının Avropaya nəqlini həyata keçirən Cənub Qaz Dəhlizi Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin tamamlanması ilə artıq bir ildən çoxdur ki, tam istismardadır. Ötən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib və qazın Türkiyə, İtaliya, Gürcüstan, Yunanıstan və Bolqarıstana nəqli baş tutub. Hazırda isə qaz hasilatının, ixracın və dəhlizin əhatə dairəsinin genişləndirilməsi aktual məsələlərdəndir

Azərbaycanda elektrik enerjisinin bol istehsalı onun nəinki daxili tələbatı ödəməməyə, həm də qonşu ölkələrə ixrac etməyə imkan verir.

Dövlət Statistika Komitəsinin sonuncu məlumatlarına görə, 2017-ci ildə ölkədə 24,3 milyard kVt/s elektrik enerjisi istehsal edilmişdir, bununla belə, daxili istehlak 23,1 milyard kVt/s, ixrac isə 1,3 milyard kVt/s təşkil etmişdir.

 

Hazırkı danışıqların istiqamətindən belə nəticə çıxartmaq olar ki, ilk növbədə əsas məqsəd Cənub Qaz Dəhlizinin ötürücülüyünün və əhatə dairəsinin genişləndirilməsidir. Bu səbəbdən Avropa Komissiyası yaxın vaxtlarda “Şahdəniz” yatağından da hasilatın artırılmasında təkidlidir. Şübhəsizdir ki, Azərbaycan da bu artan tələbi qarşılamağa hazırdır.

Bu gün dünyada artan enerji tələbinə uyğun olaraq qiymətlər də artır. Buna görə də Avropanın əlavə qaz mənbəyinə ehtiyacı var. Bununla da Avropa enerji təchizatında bir və ya bir neçə ölkədən asılılığı azaltmış olacaq. Bununla bağlı çıxışında Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson Cənub Qaz Dəhlizinin davamlı uğur hekayəsi olduğunu vurğulayır. İndi Avropa dəhlizin öz ötürücülük qabiliyyətinin artırılmasında daha çox maraqlıdır. Hətta coğrafi baxımdan dəhlizin genişləndirilməsi məsələsi belə araşdırılır.

Həmçinin, xanım Simson çıxışında vurğulayır ki, “Artan enerji qiymətləri və sərt qaz təchizatı ilə dəhlizin rolu Avropa İttifaqı üçün heç vaxt görünməyən strateji əhəmiyyət kəsb edir…  Enerji qiymətləri artdıqca, geosiyasi gərginlik olduqca Avropada da həmin bu şaxələndirilmənin əhəmiyyətini daha yaxşı anlayırlar”.  Xanım Simsonun bu çıxışı Avropada hazırkı vəziyyətlə bağlı aydın mənzərə yaradır, həm də Avropanın mövcud geosiyasi gərginlik fonunda Azərbaycanı alternativ və etibarlı təchizatçı kimi gördüyünü sübut edir.

Həmçinin Avropanın karbondan azad gələcəyində Azərbaycanla enerji sahəsində uzunmüddətli strateji əməkdaşlığa ehtiyac olduğu görünür. Əslində, Azərbaycan öz “yaşıl enerji” siyasətinə münasibətdə çox işlər görüb. Son illər ərzində xüsusilə alternativ enerji mənbələrinə əhəmiyyətli investisiyalar edilib. Və buna görə də,  Azərbaycanın elektrik enerjisinə regional bazarda da ehtiyac var.

 

 

 

Kərimli Gülüstan

Azərbaycan Dillər Universiteti

 

 

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki