image-01dc0846-79d6-3827-a32a-09a023e5ff6b_850backend

Azərbaycan–Avstriya biznes forumu keçiriləcək

image-reklam_sirab_01

Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahəsində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclasının və Azərbaycan–Avstriya biznes forumunun keçirilməsi nəzərdə tutulur.

Veteninfo.az xəbər verir ki, bu məsələ rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun Azərbaycanda səfərdə olan Avstriyanın Rəqəmsal və İqtisadi İşlər üzrə Federal Nazirliyinin Xarici İqtisadi Əlaqələr Qrupunun rəhbəri Franz Vessiqlə görüşündə müzakirə olunub.

Tərəflər Qarışıq Komissiyanın səmərəli platforma olduğu vurğulanıb. Xatırladaq ki, Komissiyanın Azərbaycan tərəfiən həmsədri nazir Rəşad Nəbiyev, Avstriya tərəfdən həmsədri isə Franz Vessiqdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki