image-camall24backend

Azərbaycan bayrağına bürünüb selfi çəkdirər, kütlənin rəğbətini qazanmağa çalışırdılar. Amma…-CƏMALƏDDİN QULİYEV YAZIR

image-reklam_sirab_01

Ömrünün bir hissəsi sovet dövrünə düşənlər “qırmızı imperiya”nın ideoloji aparatının xaricdə necə dəstək qrupları, yandaş partiyalar, hətta solçu terror təşkilatlar bəsləməsindən məlumatlıdırlar.

Əvvəllər Qırmızı Professura institutu, sonralar Ali Partiya Məktəbi tək Sovet İttifaqı üçün deyil, xaricdə “zəhmətkeşlərin, dünya proleteriaitı”nın maraqlarını müdafiə edən partiyalar üçün kadrlar “istehsal edirdi”. Sonradan xarici tələbələrin təhsili ilə məşğul olacaq xüsusi Patris Lumumba Universiteti də yaradılmışdı; yeni müstəqillik əldə edən ölkələrin sayı çox idi, onları lazımi kadrlarla təmin etmək lazım gəlirdi. Həmin kadrlar öz ölkələrində sovet “yumşaq gücü”nə çevrilir, yeni partiyalar, qruplar, dərnəklər qurur, sosializm eskperimenti aparan məmur və liderlərə çevrilirdilər. Bəzən də Cənubi Amerikanın və Afrikanın cəngəllik və səhralarında əldə “Kalaşnikov”la “Lenin ideyaları”nı yayırdılar.

Təbii ki, onların yaratdığı, təmsil olunduğu hökumətlər, hərəkatlar, partiyalar sovet vətəndaşlarından ibarət olmurdu, ola da bilməzdi. Sovet vətəndaşları təlimçi, kurator ola bilərdi, amma Anqoladakı ya Nikaraquadakı hansısa sol hərəkatın, terror qrupunun , yoldaş Ernst Telmanını “Rotfront”unun üzvü yox.

Digər totalitar ideokratiyalar sovet nümunəsindən uzağa getməyiblər. Yaxın Şərqdən sovet ideoloji təxribatları izal olub gedəli yeni totalitar ideoloji qruplar boşalmış yeri doldurmağa çalışıblar. Müqəddəs yer boş qalmır axı. Dünənə qədər Yəməndə “islam sosializmi” qururdular bu gün zeydi şiələrin İranda formalaşdırılan husi silahlıları “kərimə dövləti” qurur. Pakistanda , Livanda, İraqda ənsar, Hizbullah, zeynəbiyyun, Həşd əş Şəbi və digər adlarla “proletariatın” və ya siyasi şiəliyə xas terminlə desək “mostazafanın” hüquqlarının müdafiəçiləri peyda olurlar. Təlimatçı və kurator İrandadır, amma üzvlər, qan töküb ad və dövlət qazanmalı olanlar Yəmən, İraq, Livan.. vətndaşlarıdır. Lənətlik Qasim Süleymaninin xüsusi himayəsi altında yaradılmış “Hüseyniyyun” Azərbaycan Respublikası və ya MDB ölkələrinin vətəndaşı olan azərbaycanlılardan təşkil olunub. İlk elan olunduğu dövrlər “Kərkükü azad edək, gəlib Qarabağı da azad edəcəyik” kimi cəlb edici şüarlar səsləndirər, Azərbaycan bayrağına bürünüb selfi çəkdirər, kütlənin rəğbətini qazanmağa çalışırdılar. Amma Gəncə hadisələri maskaları yırtdı. Aydın oldu ki, Qarabağ mövzusu yalnız demoqogiya üçün, şarlatanlıq üçün lazım imiş, hədəf Azərbaycan dövlətidir. Az sonra alayarımçıq ideoloqlarının Azərbaycan dövlətinin qurucularına, müstəqilliyin bərpaçılarına, Azərbaycan bayrağına kin qusan çıxış və yazılarının şahidi olduq.

İransayağı Patris Lumumba Universiteti(Qum hövzəsi) öz işini görmüş, xaricdə təxribatlar məqsədilə yaradılan SEPAH-ın “Qüds” qüvvələrini manqurt, juanjuanlara( Tehranın klerikal hakimiyyətinə) köpəkdən də sədaqətli legionerlərlə təmin etmişdi.

Tehranda səfirliyə hücumdan 8 -9 ay əvvəl, səfirlik önündə bizim 21-ci əsr manqurtlarımız ilk aksiyaları keçiriləndən bəri diplomatik korpusumuzun təhlükə altında olduğu bəlli idi. Əvvəlki səfir də, yeni səfir də şəxsən təhdid olunurdular. Rəsmi Bakının manqurtların geri qaytarılmasını tələb etməsi kurator “jujanları” daha da qıcıqlandırırdı.

Amma nəzərə alın: juuanjuan manqurt dəstəsinin üzvü olmur, maqurta nəzarət edən olur. Sovet zabiti Cənubi Amerika ya Afrikada əlində Kalaşnikov avtomatı ilə Lenin ideylarını yayan, “əzilən proletaraiatın hüuquqlarını müdafiə edən” terror qrupunun üzvü olmurdu, karatoru, təlimçisi, qızışdırıb ölümə göndərəni olurdu.

İran zabiti də 21-ci əsr manqurtlarımızdan ibarət sürünün üzvü olmur. Bu iş “juanjuana”- SEPAH zabitinə görə deyil, SEPAH zabiti “Hüseyniyyun”u idarə edir, kurasiya edir, amma üzv deyil. O daha təhlükəlidir, daha idbardır, beyni yuyulmuş deyil, juanjuan kahinləri tərəfindən beyinləri yuyulmuşları idarə edəndir. Anlayışları qarışdırmayaq..


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image