image-reklam-veteninfo
image-photo-2022-02-28-17-48-20backend

Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlayan ilk ölkədir.

image-reklam-veteninfo

Biz peyvənd dedikdə gözümüzün qarşısına sadə,primitiv üsulla hazırlanan preparat gəlir ki,bu zaman zəiflədilmiş virus və ya mikrob ştammı inyeksiya şəklində orqanizmə yeridilir,bir müddət sonra ona qarşı yaranan antitellər sayəsində insan bu xəstəliyi yüngül keçirir.İnyeksiya yerində yüngül bir qızartı,şişkinlik, ağrı yarana bilər,bundan başqa ümumi bir halsızlıq,baş ağrı ola bilər ki,bunlar bir neçə gün davam etsə belə bu normal haldır.Çünki,bu orqanizmin immunitetinin aktiv olduğunu,qanda antitellərin əmələ gəldiyi göstərir.
Vaksinlər müvafiq infeksiya agentini – xəstəliyə səbəb ola biləcək virusları, bakteriyaları və ya digər mikroorqanizmləri imitasiya edərək işləyirlər. Bu, immunitet sistemimizə ona qarşı sürətli və təsirli şəkildə cavab verməyi “öyrədir”. Ənənəvi olaraq, vaksinlər bunu immunitet sistemimizin “yadda saxlamasına” imkan verən infeksiya agentinin zəifləmiş formasının bizim orqanizmə yeridilməsi ilə edirlər. Belə olan halda, immunitet sistemimiz, həmin infeksiya agentini bizi xəstələnməyə məcbur etməzdən əvvəl tez bir zamanda tanıyır və ona qarşı mübarizə aparır. COVID-19 xəsətliyinə qarşı vaksinlərdən bəziləri bu cür hazırlanıb.
COVID-19 xəstəliyinə qarşı digər vaksinlər matrisalı RNT ya da mRNT vaksinləri adlanan yeni texnologiyalardan istifadə etməklə hazırlanıb. Antigenləri (immunitet sisteminizin anticisimlər istehsal etməsinə səbəb olan bir maddəni) bizim orqanizmə yeritmək əvəzinə, mRNT vaksinləri immunitet sistemimiz tərəfindən antigen istehsal etməsinə imkan vermək üçün orqanizmə lazım olan genetik kodu verir. mRNT vaksinləri texnologiyası bir neçə onilliklər ərzində öyrənilib. Bu vaksinlərin tərkibində canlı virus yoxdur və onlar insan DNT-sinə müdaxilə etmirlər.
İki ildən çoxdur ki, bütün dünya yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə aparır. İlk dəfə 2019-cu ilin dekabrın sonunda Çinin Uxan şəhərində qeydə alınan COVID-19 Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 2020-ci il martın 11-də pandemiya elan edilib. Azərbaycanda COVID-19 virusuna ilk yoluxma faktı 2020-ci il fevralın 28-də qeydə alınıb. Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısını almaq məqsədilə dərhal ciddi tədbirlərə başlanılıb, xüsusi karantin rejimi tətbiq edilib. Virus yayılmağa başlayan ilk vaxtlardan etibarən dünyanın qabaqcıl ölkələri koronavirus əleyhinə peyvənd istehsal etmək üçün yollar axtarmağa, hazırlanmış yeni vaksin nümunələrini sınaqdan keçirməyə başlayıblar. ÜST 2020-ci ilin dekabrın sonunda COVID-19 əleyhinə vaksinlərin istifadəsinə icazə verib. 2021-ci il yanvarın 18-də isə Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesinə başlanılıb.
Covid-19 peyvəndi həm bizi, həm də başqalarını xəstəliklərdən qoruya və bir çox insanın həyatını xilas edə bilər. Peyvəndlər xəstəliklərin qarşısını almaq və ya daha yüngül gedişatına şərait yaradır. Peyvəndlərin verdiyi immunitetin faydaları və Covid-19 infeksiyasının ciddi riskləri qiymətləndirildikdə, qısa müddətdə peyvənd olunmaq ən düzgün qərardır. Maska, məsafə və gigiyenik təmizlik qaydalarına riayət etmək xəstəliyin yayılmasının qarşısını almaq üçün çox vacibdir, lakin xəstəliyin ağır gedişinin və ölüm hallarının cəmiyyətdə yayılmasının qarşısını almaq üçün kifayət deyil.
Gigiyenik təmizlik sağlamlığın qorunmasında ən vacib faktordur və hər zaman öz aktuallığını qoruyacaq. Bundan əlavə, peyvənd olunsaq da, bir müddət maska, məsafə və təmizlik tədbirlərinə riayət etməliyik.
Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlayan ilk ölkədir. Dövlətimiz pandemiyanın ilk günlərindən etibarən lazımi addımları atmaqla, beynəlxalq təşkilatlarla dərhal müvafiq əməkdaşlığa başlamaqla buna nail olub. Alimlərin fikrincə, pandemiyanın sonlanması üçün kollektiv immunitetin formalaşması vacibdir və bu, əsas hədəfdir. Kollektiv immunitetin formalaşması üçün isə ölkə əhalisinin 60-70 faizinin peyvənd olunması lazımdır. Azərbaycan həmin hədəfə yaxındır, çünki ümumi əhalinin təxminən 47 faizi, 18 yaşdan yuxarı əhalinin isə təxminən 65 faizi iki doza peyvənd alıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2020-ci il tarixli 377s nömrəli Sərəncamına əsasən pandemiya ilə mübarizə çərçivəsində Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə fəaliyyət göstərir. Vaksinasiya prosesinin optimallaşması məqsədilə Bakı şəhərində proses Səhiyyə Nazirliyi, Abşeron, Sumqayıt şəhərləri və ölkəmizin regionlarında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən həyata keçirilir.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-dən etibarən ilk olaraq səhiyyə işçilərinin peyvəndlənməsinə başlanılıb və 70%-dən yuxarı tibb işçisi vaksinasiya olunub. 08 fevral tarixindən 65 yaşdan yuxarı vətəndaşlar üçün, fevral ayının 17-dən etibarən isə yaşı 50 və yuxarı şəxslərin vaksinasiyasına başlanılıb və proses uğurla davam etdirilir. Artıq tibb işçilərinin ikinci dozalarının vurulmasına başlanılıb. Ölkəmizdə vaksinasiyanın ikinci dozasının vurulması 28 gündən sonra həyata keçirilməsi qəbul olunmuşdur.
Eyni zamanda Respublikamızda səyyar xidmətlər təşkil olunaraq fiziki məhdudiyyətləri olan və ucqar ərazilərdə yaşayan vətəndaşların evlərində vaksinasiya işi həyata keçirilir.

Nəsimi rayon qazisi
İbrahimov Mehman




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki