image-ilham-11backend

Azərbaycan – Cənubi Qafqazın lider dövləti

image-reklam_sirab_01

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Azərbaycan öz növbəsində Serbiyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Kosovonun müstəqilliyini tanımır və bütün beynəlxalq müstəvilərdə bu mövqedən çıxış edir.

İki il əvvələ qədər Azərbaycan dünyada Cənubi Qafqazın iqtisadi və hərbi gücü, nəhəng enerji və nəqliyyat infrastrukturlarının müəllifi, regionda söz sahibi olan aparıcı dövlət kimi tanınırdı. 2020-ci ilin Vətən müharibəsində Şanlı Qələbədən sonra isə Cənubi Qafqazın qalib dövləti oldu. 44 günlük müharibədə qazanılan qələbə Azərbaycana dünyada olan ehtiramı daha da gücləndirdi, dövlətimizin nüfuzunu daha da artırdı. Azərbaycan öz gücü ilə tarixi ədaləti bərpa edib və yeni reallıqlar yaradıb. Bu isə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin nəticəsidir.

Bu gün Azərbaycan dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib. Bu da, təbii ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son 19 ildə Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub.

Belə ki, Serbiya Prezidenti Aleksandar Vuçiç dekabrın 21-də Azərbaycana işgüzar səfəri Səfər çərçivəsində istər prezidentlərin təkbətək, istərsə də geniş tərkibdə görüşlərində, həmçinin səfərin mahiyyətini özündə əks etdirən dövlət başçılarının mətbuata birgə bəyanatlarında diqqəti çəkən mühüm məqamlardan biri Prezident İlham Əliyevin şəxsi nüfuzuna, yürütdüyü siyasətə böyük dəyərin verilməsi oldu. Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib ki, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanıb.

Azərbaycan Prezidenti həmçinin, Vuçiçin dəvəti ilə bir ay əvvəl Serbiyada rəsmi səfərdə olduğunu və səfər təəssüratlarını bölüşə rək bildiridi ki, bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf etsin və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunsun. Prezident İlham Əliyev həmçinin söyləyib ki, Serbiya və Azərbaycan hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyib və dəstəkləyir. Bu siyasət dəyişməz olaraq qalacaq.

Azərbaycan prezidenti onu da bildirdi ki, Azərbaycan və Serbiyanın gözəl strateji tərəfdaşlıq münasibətləri vardır. Hələlik istənilən səviyyədə olmayan ticarət dövriyyəsi əldə edilmiş razılaşmaların icrası nəticəsində artacaqdır. “Nəqliyyat-logistika sahəsində böyük potensial var. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir. Aidiyyəti qurumlar arasında təmaslar artıq yaranıbdır”, – deyə Azərbaycan Prezidenti qeyd edib.

Bir sözlə, Azərbaycanla Serbiya arasındakı münasibətlərin yaxşı perspektivləri var və yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafına töhfə verəcək. Çünki Serbiya Prezidenti Aleksandar Vuçiçin dediyi kimi: «Azərbaycan və Prezident İlham Əliyev nəinki Serbiya üçün, eyni zamanda, hamı üçün tamamilə sadiq tərəfdaşdır».

 

 

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki