image-reklam-veteninfo
image-g2backend

Azərbaycan Dillər Universitetində QİÇS-lə Mübarizə mövzusunda maarifləndirmə tədbiri keçirilib

image-reklam-veteninfo

AİDS-lə Mübarizə İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetində QİÇS-lə Mübarizə mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirin əsas məqsədi tələbələr arasında HİV və QİÇS haqqında düzgün və elmi əsaslara söykənən məlumatların yayılması, yoluxmanın qarşısının alınması yolları barədə məlumatlılığın artırılması, sağlam həyat tərzinin təşviqi və HİV-lə yaşayan şəxslərə qarşı ayrı-seçkilik və stiqmanın azaldılmasına töhfə vermək olub.

Maarifləndirmə tədbiri çərçivəsində iştirakçılara HİV və QİÇS anlayışları, HİV-in yoluxma yolları və yoluxmadan qorunma üsulları, erkən test və diaqnostikanın əhəmiyyəti barədə ətraflı məlumat verilib. Həmçinin HİV-lə bağlı cəmiyyətdə mövcud olan yanlış təsəvvürlərə aydınlıq gətirilib və HİV-in gündəlik sosial təmaslar vasitəsilə ötürülmədiyi vurğulanıb.

Tədbirdə gənclərin sualları cavablandırılıb, onların HİV/QİÇS, cinsi yolla ötürülən infeksiyalar və profilaktik tədbirlər barədə fikirləri dinlənilib. İştirakçılara sağlamlığın qorunması, vaxtında testdən keçməyin və risklərin düzgün qiymətləndirilməsinin əhəmiyyəti izah olunub.

AİDS-lə Mübarizə İctimai Birliyi hesab edir ki, gənclər arasında mütəmadi maarifləndirmə tədbirlərinin keçirilməsi HİV-in profilaktikası, sağlam davranışların təşviqi və cəmiyyətdə stiqma və diskriminasiyanın azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbirin sonunda iştirakçılara HİV və QİÇS haqqında maarifləndirici materiallar təqdim olunub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki