image-06-16backend

Azərbaycan dünyada sülh və əminəmanlığın bərqərar olmasına çalışır 

image-reklam_sirab_01

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda yeni dünya nizamına təhdid yaradan amillər, o cümlədən təhlükəsizlik məsələsi, bölünmüş dünyada dayanıqlılığın qurulması, qarşıda duran çağırışların həlli yolları müzakirə olunur, eyni zamanda, dünyanı sarsıdan münaqişələr, meqatəhdidlər, iqlim, qida və nüvə təhlükəsizliyi ilə əlaqədar fikir mübadiləsi aparılır. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması kimi tədbirlər əsas müzakirə mövzularına çevrilir. İştirakçılar tərəfindən, həmçinin Avropanın gələcəyi ilə bağlı təsəvvürlər də bölüşülərək, populizmin və ekstremizmin mənbəyi araşdırılır, bu qlobal bəlaya qarşı səmərəli mübarizə yolları araşdırılır. Prezident İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında səsləndirdiyi fikirləri də məhz həmin məsələlər fonunda diqqətə çatdırıb.

Dövlətimizin başçısı Forumdakı çıxışında əvvəlcə mühüm bir məqama toxunaraq bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatında 2019-cu ildən öz üzərinə götürdüyü sədrlik dövründə bu təşkilatın daha böyük nüfuz qazanması üçün əhəmiyyətli tədbirlər gerçəkləşdirib. Bunun üçün bir sıra beynəlxalq layihələrin və üç Zirvə toplantısının reallaşdırılmasına nail olub.

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi, COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı olaraq bu qurumun fəaliyyəti tarixində ən önəmli uğurlara imza atıb. Məsələn, belə bir ideyanın həyata keçirilməsi ilə pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasını gerçəkləşdirib. Bununla yanaşı, adıçəkilən hərəkat pandemiyanın ilk aylarından başlayaraq peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına qarşı etirazını bütün dünyaya bəyan edib, eyni zamanda, Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım göstərib. Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə edib.

Dövlətimizin başçısı çıxışında beynəlxalq münaqişələr haqqında danışarkən, Ermənistanın 30 illik işğal dövründə Azərbaycanda törətdiyi humanitar fəlakətə də toxunub. Bu ölkənin qəsbkarlığı nəticəsində bir milyondan artıq azərbaycanlının yurdsuz qalmasını, qaçqın və məcburi köçkünə çevrilməsini, soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti aparmasını diqqətə çatdırıb.

Prezident İlham Əliyevin nitqində toxunduğu digər bir məqam isə Vətən müharibəsindən əvvəlki 30 il ərzində Ermənistanın Azərbaycana qarşı qeyri-konstruktiv mövqeyi ilə bağlı olub. Dövlətimizin başçısı çıxışında düşmən ölkənin münaqişəni dinc yolla aradan qaldırmaq və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməməsini, sadəcə, adıçəkilən nüfuzlu beynəlxalq quruma, beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə laqeyd münasibətinin bariz ifadəsi kimi diqqətə çatdırıb.

Əlbəttə, bu gün dünyada hələ də haqq-ədalətin qorunmaması, təhlükəsizlik məsələlərinə ikili standartlarla yanaşılma halları mövcuddur. Ermənistanın Azərbaycana qarşı cinayətlər törətməsi də bu faşizm hərəkətlərin əyani nümunəsidir: “Dövlətimizin başçısı nitqində vurğuladığı kimi, Azərbaycan Ermənistandan fərqli olaraq indiyədək qarşı tərəfə yönələn hər hansı bir hərbi cinayət törətməyib, soyqırımına yol verməyib. Azərbaycan ancaq 44 günlük Vətən müharibəsində döyüş meydanında işğalçıdan qisas alıb, düşmən ölkəni acı məğlubiyyətə uğradıb. Lakin Azərbaycan 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürsə də, Ermənistan müxtəlif bəhanələrlə bu təşəbbüsdən indiyədək yayınmaqda davam edib. Bax, bu cür, belə demək mümkünsə, mürtəce mövqe Ermənistanın sülhdən, demokratiyadan danışan bəzi dövlətlərin əlində oyuncağa çevrildiyini təsdiqləyir”.

Azərbaycan sülh tərəfdarı olmaqla bərabər, həm də bu gün Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayır. Ötən ilin iyunundan etibarən bu sahədə baş verən hadisələr də bunun bariz ifadəsidir. Dövlətimizin başçısının nitqində xatırlatdığı kimi, Azərbaycanın Avropa Komissiyası Enerji Sahəsində Anlaşma Memorandumunu imzalaması, respublikamızın Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırması da söylənilən fikrin bir daha təsdiqidir. Avropa Komissiyasının Azərbaycanı etibarlı tərəfdaş adlandırması da bu məqamdan irəli gəlir.

image-heqiqet

 Həqiqət Şükurova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image