image-02backend

Azərbaycan etibarlı tərəfdaş kimi tanınır

image-reklam_sirab_01

Öz qədim tarixi ilə məhşur olan Səmərqənd şəhərində sentyabrın 16-da Çin Hindistan, Rusiya, Pakistan, Qazaxıstan, Özbəkistan və digər bir sıra böyük dövlətlərin rəhbərlərinin iştirakı ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib. Sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edərək çıxış edib.
Bu gün Azərbaycan bütün beynəlxalq platformalarda etibarlı tərəfdaş kimi tanınır. Dünya ölkələrinin ölkəmizə, eləcə də dövlətimizin başçısına olan etibarı, etimadı və nüfuzu ildən-ilə daha da artır. Dövlətimizin həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsidir ki, Azərbaycana beynəlxalq məkanda hər zaman əməkdaşlıq üçün önəmli tərəfdaş kimi baxılıb. Xüsusilə də dövlətimizin enerji və nəqliyyat-loqistika sahəsində geniş və uzaq məsafədə gerçəkləşdirdiyi layihələr bütün vektorlarda strateji əhəmiyyətli ölkəyə çevirib.
Son otuz il ərzində Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasət həyata keçirib və bu gün də davam edir. Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli formatda ŞƏT təşkilatına üzv ölkələrlə geniş və çox səmərəli münasibətləri mövcuddur. Məhz bu səbəbdən də Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkəmizin əlaqələri getdikcə daha da gücləndirir. Sentyabrın 15 və 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilən təşkilatın sammitinə Prezident İlham Əliyevin dəvət olunması ölkəmizin və dövlətimizin başçısının beynəlxalq miqyasda yüksək nüfuzunun göstəricisidir.
Prezident cənab İlham Əliyev sammit çərçivəsində həm də bir sıra ölkələrin dövlət başçıları ilə ikitərəfli və çox səmərəli görüşlər keçirdi. Yaranmış bu imkanlarda keçirilən ikitərəfli görüşlərdə bir daha əlaqələrin inkişafı və regional məsələlər müzakirə olunub.
Dünya əhalisinin yarıdan çoxunun və super dövlətlərin iştirak etdiyi bu Sammitdə ölkə başçısının çıxışında mühüm geosiyasi və coğrafi məkanda yerləşən Azərbaycanın Avropa və Asiyanın iqtisadi, ticarət əlaqələrində rolu xüsusi vurğulandı. Cənab Prezident öz çıxışında Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının davamlı olaraq inkişafı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri nümunəsində dinamik inkişafı və regional kommunikasiya layihələrinə verilmiş əvəzedilməz töhfə olduğunu qeyd etdi. O bildirdi ki, Azərbaycanda tarixi ənənəyə və təcrübəyə əsaslanmış və hər cür gəmilərin istehsal edildiyi gəmiqayırma sənayesinin inkişafı ŞƏT-na üzv ölkələrini daha çox maraqlandıran məsələlərdir.
Həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanın qısa müddət ərzində yükaşırma qabiliyyətinin genişlənmə potensialının getdikcə artması ölkəmizin nəqliyyat-loqistika sahəsinə, eləcə də ŞƏT üzv ölkələrinin iqtisadiyyatı üçün böyük dəstəkdir.
Prezidentin çıxışında son illərdə Azərbaycanda min kilometrlərlə avtomobil yollarının, iki min kilometrə yaxın dəmir yolunun, işğaldan azad olunmuş Qarabağda həyata keçirilən meqalayihələr, möhtəşəm yol, nəqliyyat infrastrukturunun inşası və yenidənqurulması tikilib və əsaslı təmir edilməsinin beynəlxalq əməkdaşlıq üçün yeni perspektivlər adlandırdı.
Bu gün ərazisi böyük olmayan Azərbaycan bölgəmizin ən böyük mülki hava yük donanmalarından birinə çevrilib. Hazırda ölkəmizdə 7 beynəlxalq hava limanı fəaliyyət göstərir və bir neçə il içində bunların sayı 9 olacaq. ŞƏT-nın son sammitində çıxış edən Prezident İlham Əliyev çıxışında Qarabağ münaqişəsinin həllinə toxunaraq Zəngəzur dəhlizinin inşa olunmasının tarixi, siyasi və iqtisadi əhəmiyyətindən və əməkdaş ölkələrin nəqliyyat imkanlarının daha da artıracağını və bu marşrut üzrə yerləşmiş bütün ölkələrə yeni üfüqlərin açılacağını da vurğuladı. O, çıxışında Azərbaycan Ermənistan münasibətlərinin normallaşması prosesi üçün hər iki ölkənin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün Azərbaycanın təklif etdiyi beş əsas prinsipə də toxunub.
Bildirildi ki, Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək. 2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir və ölkəmizin sədrliyi yekdilliklə daha bir il – 2023-cü ilə qədər uzadılıb və bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir.

Metin Hüseynov – siyasi şəhrçi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki