image-img-20221222-wa0044backend

Azərbaycan gənclərinə göstərilən böyük diqqət və qayğı dövlət başçımızın gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür.

image-reklam_sirab_01

Bir millətin yaşaması, inkişaf etməsi və ümumilikdə mövcudluğu üçün sağlam və bilikli gəncliyinin olması çox vacibdir. Çünki qeyd etdiyim meyarlara cavab verən gənclik dövlətin müstəqilliyinin davam etməsində, etibarlı və parlaq gələcəyinin təmin olunmasında xüsusi rol oynayır. Gənc nəslin düzgün tərbiyədə, milli-mənəvi və vətənpərvərlik ruhunda böyüməsi və onların cəmiyyətdə sosial qrupun tərkib hissəsi kimi özlərini təsdiq etməsi dövlətin gənclər siyasətinin mühüm tərkib hissəsini təşkil edir.
Hələ ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti və gənclərlə iş sahəsində atılan doğru addımlar deməyə əsas verir ki, bu sahə hər zaman dövlətin xüsusi diqqət və qayğısında olub.
Azərbaycan gəncliyinin inkişafı, onun dünyaya inteqrasiyası və dövlət quruculuğunda iştirakını təmin etmək üçün 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradıldı və bununla da gənclər siyasətində yeni mərhələ formalaşdı.
“Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir. Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən ibarət olmalıdır” deyən ümummilli lider Heydər Əliyev 1997-ci il tarixində imzaladığı Sərəncamla 2 fevralı Azərbaycanda Gənclər Günü kimi təsis etdi. Bu Sərəncam Azərbaycan gəncliyinə verilən dəyər və qiymətin bariz nümunəsi idi. Ulu öndərin müəyyənləşdirdiyi gənclər siyasəti cənab Prezident İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun dizayn edilərək yeni mərhələyə qədəm qoymuşdur.
Cəmiyyətin bütün sferalarında gənclərə özlərini təsdiq etmələri üçün şəraitlər yaradılır, onların müasir elmi biliklərə yiyələnməsində, dünyanın qabaqcıl innovasiyalarının öyrənilməsində və gənclərimizin potensialından faydalı şəkildə yararlanmaq üçün dövlətimiz bir çox proqramlar və layihələr həyata keçirir. Bu gün ictimai və siyasi həyatın bütün sferalarında yaxından aktiv şəkildə iştirak edən Azərbaycan gəncliyi ölkədə və regionda baş verən hadisələr konteksində öz dövlətçilik mövqeyini ortaya qoyur və ölkə rəhbərinin apardığı uğurlu siyasəti dəstəkləyir. Bütün bunlar son illərdə cəmiyyətin avanqard qüvvəsi olan gənclərin hərtərəfli inkişafı üçün üçün yaradılan şəraitin bəhrəsidir. Gənclərə dövlət dəstəyi və onlarla düzgün iş strategiyasının aparılması nəticəsində artıq Azərbaycan gənci elm, idman, diplomatiya, incəsənət və digər sahələrdə Azərbaycanı bütün beynəlxaq arenalarda layiqincə təmsil edir. Bu uğurların qazanılmasında müstəsna xidmətləri olan ölkə rəhbəri cənab Prezident İlham Əliyevin gənclərə xüsusi yanaşmasını qeyd etməliyik.
İlham Əliyev: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Məndə sizə arxalanıram”.
Bu sözlər dövlət başçısının gənclər siyasətinin mahiyyətini bəyan edir. Ölkəmizin ümumi inkişafına böyük töhfə verən Azərbaycan gəncləri, eyni zamanda milli-mənəvi və vətənpərvər ruhda tərbiyə alır. Biz bunu əyani şəkildə 44 günlük Vətən müharibəsində gördük. Ali Baş Komandanın əmri ilə Azərbaycan gənci böyük şücaət və qəhrəmanlıq göstərərək xalqımızın 30 illik həsrətinə son qoydu. Əlbətdə ki, Vətən müharibəsində bütün yaş qruplarından insanlar döyüşdə iştirak edirdi, amma əsas yükü və qüvvəni gənclər təşkil edirdi. Bundan sonra da Azərbaycan gəncləri öz vətənlərinin keşiyində daima ayıq-sayıq olacaq və ölkə rəhbərinin ətrafında daha da sıx birləşəcəkdir.
Sevindirici haldır ki, bu gün Azərbaycan gəncliyi mənəvi kamilliyin əsas şərti olan azərbaycançılıq ruhunda böyüyür.

Eldəniz Zeynalov
Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşı, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki