Azərbaycanın Rus sülhməramlı qüvvələrin yerləşdiyi bölgədə Ermənistan ordusunun və silahlı birləşmələrin çıxarılması ilə bağlı sərt tələbi,eyni zamanda sülhməramlı qüvvələrin nəzarəti altında olan ərazilərdə mövcud olan erməni silahlı birləşmələri tərəfindən açılan atəş nəticəsində vermiş olduğu cavab, Ermənistan müxalifəti tərəfindən Nikol Paşinyana qarşı sərt açıqlamalara səbəb olub.
Vətəninfo.az xəbər verir ki, Ermənistanın müxalif partiya liderlərindən Artur Vanetsyan açıqlama yayıb ki, Azərbaycan gücə güclə cavab verir və sülh üçün yalvarmır. Əksinə Ermənistanı sülhə və regional təhlükəsizlik məsələlərinə məcbur edir.
Onun sözlərinə görə, ermənilər elə bir bölgədə yaşayırıq ki, gücə güclə cavab verilir.O iddia edib ki, əgər Nikol Paşinyan olmazsa,həm Erməniastanda həm də Qarabağda sülh olar.