image-hemkarlarbackend

Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyası Emmanuel Makrona müraciət göndərdi

image-reklam_sirab_01

Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyasının İcraiyyə Komitəsi adından Fransa Respublikasının
Prezidenti Emmanuel Makrona müraciət ünvanlayıb.

Müraciəti olduğu kimi təqdim edirik:
Cənab Prezident!
Ölkənizin Respublikaçılar partiyasının prezident seçkilərində namizədliyini irəlisürmüş Valeri Pekres 2021-ci il dekabrın 22-də müşavirləri ilə birlikdə Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərini qeyri-qanuni yolla keçərək Azərbaycanın Qarabağ bölgəsinin Xankəndi şəhərinə səfər etmişdir. Bu beynəlxalq qanunların kobud şəkildə pozulması deməkdir.
Xanım Pekres və onun müşavirləri, həmçinin erməni diasporunun nümayəndələri kütləvi informasiya vasitələrində münaqişəyə dini don geyindirməklə, insanların dini hissiyatlarına toxunur və Azərbaycan dövlətinə, xalqına qarşı çirkin fikirlər söyləməkdən çəkinmirlər. Ölkənizin prezidentlyinə namizədi öz ölkəsi ərazisində seçki kampaniyasını aparmaqda sərbəstdir. Lakin onun Azərbaycana gəlməsi respublikamızın müvafiq qurumlarına etdiyi müraciətə icazə verildiyi təqdirdə baş tutabilər. Təəssüf ki, xanım Pekres beynəlxalq qanunları tapdalayaraq gizli şəkildə Qarabağa səfər etmiş, orada görüş keçirmişdir.Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İvLö Drian tərəfindən yanvarın 18-də ölkənizin Milli Assambleyasında diplomata yaraşmayan tərzdə açıqlama verərək təxribatçı məqsədlərlə Azərbaycan Respublikasının Prezidentini təhqir etməyə cəhd göstərən Milli Assambleyanın Respublikaçılar Partiyasından olan üzvü Erik Siottiyə cavab verməli və ona həddini bildirməli idi. Nazir Lo Drian Azərbaycan Respublikası Prezidentinin Valeri Pekressin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar söylədiyi fikirlərin “forma və mahiyyət etibarı ilə qəbuledilməz olduğunu” bildirib. Heyf ki, Fransa kimi böyük dövlətçilik ənənələri olan ölkənin xarici işlər naziri bunu anlamır. Xatırladırıq ki, xarici vətəndaşlar Azərbaycan ərazisinə qanunsuz səfər etdikdə onlara münasibət də ya inzibati, ya da ölkənin cinayət məcəlləsinə uyğun olaraq müvafi qölçü götürülür. Fransa qanunlarını pozaraq Azərbaycan Respublikası vətəndaşı Fransa ərazisinə daxil olsaydı, yəqin ki, ona qarşı müvafiq tədbirlər görülərdi. Bütün bunları biz Avropanın aparıcı dövlətlərindən biri sayılan Fransa-Azərbaycan münasibətlərinə uyğun hesab etməməklə, bu yaxınlarda Brüsseldə sizin təşəbbüsünüzlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünüz zamanı verdiyiniz ismarıclar ölkənizin xarici işlər naziri Lö Drianın açıqlaması ilə ziddiyyət təşkil edir və Azərbaycan-Fransa münasibətlərinin normallaşmasına xidmət etmir.Prezident İlham Əliyevin Fransa nümayəndələrinin Azərbaycanın ərazilərinə qanunsuz səfəri ilə bağlı açıqlaması tam qanunidir, bu, Azərbaycan qanunlarını pozan şəxslərə qarşı tam adekvat bir cavabdır.Fransa hər şeydən əvvəl Ermənistanla Azərbaycan arasında 30 ilə yaxın davam edən münaqişənin həll edilməsi üçün yaradılan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmaqla həmsədr dövlət kimi tərəflər arasında neytrallığı qorumaq öhdəliyinə malikdir. İki dövlət arasında 1993-cü il dekabrın 20-də imzalanan müqavilə dostluq və əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edir və onların üzərinə beynəlxalq hüquq və norma prinsiplərinə uyğun olaraq öhdəliklər qoyur.
Cənab Prezident!
Fransa milli qanunvericiliyinin tələblərini nəzərə alaraq bu kimi qanunsuz səfərlərin qarşısının alınması və gələcəkdə belə halların təkrar olunmaması üçün müvafiq tədbirlərin görülməsini rica edirik.

AHİK İcraiyyə Komitəsi:
AHİK-in sədri, millət vəkili S.Möhbalıyev

AHİK sədrinin I müavini İ.Əliyev
AHİK sədrinin müavini A.Dadaşov
AHİK sədrinin müavini C.Alxasov
AHİK sədrinin müavini Ə.Ağasiyev
AHİK sədrinin müavini H.Osmanov
Aviasiya İşçiləri HİRK-in sədri M.Əsədov
Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı
İşçiləri Hİ-nin sədri H.Kərimov
Azərbaycan Milli Elmlər Akademiyası
İşçiləri Azad Hİ-nin sədri H.Qurbanov
Bələdiyyə İşçiləri HİRK-in sədri M.Xəlilov
«Baku Stil Kompani» İşçiləri Hİ-in sədri A.Abbasov
Dəmiryolçuların Müstəqil HİRK-in sədri F.Bağırov
Dəniz Nəqliyyatı İşçiləri
HİRK-in sədri S.Allahverdiyev
Elektro energetika və Elektrotexnika
Sənayesi İşçiləri HİRK-in sədri A.Atakişiyev
Fövqəladə Hallar Nazirliyi İşçiləri
HİK-in sədri M.İsmayılov
Gömrük İşçiləri Həmkarlar İttifaqı
Birliyinin sədri S.İbrahimov
«Xidmət-İş» Hİ Federasiyasının
vitse-Prezidenti C.İsmayılov
“İnşaat-İş” Hİ-in sədri U.Hüseynov
Su Təsərrüfatı İşçiləri HİRK-in sədri A.Məmmədov

“Kənd-Qida-İş” Hİ
Federasiyasının sədri T.Quliyev
Metal İşçiləri Hİ Federasiyasının
prezidenti B.Yusifov
Mədəniyyət İşçiləri HİRK-in sədri C.Səttarova
Müdafiə Sənayesi İşçiləri
HİRK-in sədri S.Mahmudov
Metropoliten İşçiləri Hİ-in sədri A.Mərdanov
Naxçıvan Muxtar Respublikası
Hİ Şurasının sədri A.İbrahimov
Neft və Qaz Sənayesi İşçiləri
HİRK-in sədri C.Əliyev
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək
Texnologiya İşçiləri HİRK-in sədri R.Səfərov
Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye
İşçilərinin HİRK-in sədri M.Salmanov
Səhiyyə İşçiləri HİRK-in sədri E.Əfəndiyev
Təbii Sərvətlər və Ekologiya İşçiləri
HİRK-in sədri T.Quliyev
Təhsil İşçiləri Azad HİRK sədrinin
Birinci müavini H.Nağıyev
Yerli Sənaye və Kommunal Məişət
Müəssisələri İşçilərinin HİRK-in sədri T.Hacıyev

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki