image-c1a33ec3-4b87-3cd6-9417-e1c7206bcbf1_850backend

Azərbaycan Kolumbiya Prezidentinin andiçmə mərasimində təmsil olunub

image-reklam_sirab_01

Azərbaycanın Latın Amerikası ölkələrindəki səfiri Məmməd Talıbov Kolumbiya Prezidenti Qustavo Petronun andiçmə mərasimində iştirak edib.

Bu barədə səfir tviter hesabında yazıb.

M.Talıbov Kolumbiya Prezidenti Qustavo Petronun andiçmə mərasimində Azərbaycanı təmsil etmək şərəfinə nail olduğunu deyərək, ona Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırdığını, Xarici İşlər Nazirliyinin isə yeni mandatınızda böyük uğurlar arzuladığını bildirib.

Kolumbiyada sol partiyaların “Tarixi Pakt” koalisiyasından ölkə Prezidenti seçilmiş Qustavo Petro dünən dövlət başçısı səlahiyyətlərinin icrasına başlayıb.

İnauqurasiya mərasimlərinin fəxri qonaqları arasında İspaniya Kralı VI Felipe, Argentina Prezidenti Alberto Fernandes, Boliviya Prezidenti Luis Arse, Paraqvay lideri Mario Abdo Benites, Çilinin dövlət başçısı Qabriel Boriç və Ekvador Prezidenti Gilyermo Lasso da olub.

O, Kolumbiyanın sol qüvvələrini təmsil edən ilk Prezidentdir. İyunun 19-da keçirilən seçkilərdə seçicilərin 50,4 %-i Petroya səs verib. Onun əsas rəqibi “Korrupsiyaya qarşı Hökmdarlar liqası” siyasi hərəkatını təmsil edən Rodolfo Hernandes isə 47,3 % səs toplayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki