image-57backend

Azərbaycan-Misir Hökumətlərarası Komissiyanın növbəti iclasının vaxtı açıqlanıb

image-reklam_sirab_01

Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın növbəti iclasının gələn ilin fevral ayında Bakıda keçirilməsi nəzərdə tutulur.

Bunu “Report”a müsahibəsində Misirin Azərbaycandakı səfiri Adel İbrahim bildirib.

O, bununla yanaşı, Bakıda həmin vaxt ikitərəfli biznes forumun keçiriləcəyini də diqqətə çatdırıb.

Diplomat hazırda Misir xarici işlər nazirinin Azərbaycana səfərinin tarixinə dair müzakirələr getdiyini deyib: “İki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir. Prezidentlər və nazirlər səviyyəsində münasibətlərimiz mükəmməldir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki