image-screenshot_20220510-001834_office-mobilebackend

Azərbaycan naminə ömür

image-reklam_sirab_01

Azərbaycan tarixində xalq naminə ömür sürən unudulmaz şəxsiyyət— Heydər Əlirza oğlu Əliyev Azərbaycan xalqının taleyində dönüş yaratmış, xalqın mənafeyi naminə həyatını ortaya qoymuşdur. 1923-cü il mayın 10-u Naxçıvan şəhərində dünyaya göz açan Heydər Əliyev təhsil həyatına Naxçıvan Pedaqoji Texnikumunda təhsil alaraq başlamış, Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olmuş, İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq təhsilini yarımçıq qoymuşdur.

Heydər Əliyev gənclik və sonrakı ömrünü ancaq Azərbaycanın taleyi ilə mübarizə aparmış, Azərbaycan xalqının yarasına məlhəm olmağa çalışmışdım. 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilmiş və hərbi uğurlarına görə ona general-mayor rütbəsi verilmişdir. Qəlbi Azərbaycan xalqı ilə atan Ulu Öndər 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifədən istefa vermişdir. Əslində istefa onun özünün istefası deyil, mövcud rejimə qarşı istefa tələbi, mövcud siyasətə etiraz dalğası idi. Bu sadəcə başlanğıc idi. Daha sonra Qanlı yanvar hadisələrindən sonra yanvarın 21-də (1990) Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir. Xalqın tükənməz inamı məhz Heydər Əliyevin bu qətiyyətli addımlarından irəli gəlirdi.
Qarabağ müharibəsi zamanı hakimiyyətdəki qarışıqlıq, ordudakı zəif texniki təchizat müharibə uğursuzluqlarına səbəb olurdu. Məhz bu zaman xalq xilaskarını seçdi və Heydər Əliyev xalqın istəyi ilə Azərbaycan üçün Qurtuluş addımını atdı, xalqın yanına gəldi. Siyasi sabitlik yaradıldı. Bişkek razılaşması ilə müharibə dayandırıldı və atəşkəs əldə olundu. Yaranan tarixi şəriətdə bundan daha uğurlu bir çıxış yolu yox idi. Daha sonra ordu quruculuğuna diqqət yetirildi. İşğal altında olan torpaqları azad etmək üçün güclü ordu, doğru siyasət olmalı idi.
Prezidentliyi dövründə diam xalqla qəlb-qəlbə təmasda olan Heydər Əliyev müharibə dəhşətlərindən yenicə ayılmış xalqın güzəranını yaxşılaşdırmaq üçün bütün qüvvələri səfərbər etmişdir. Həmçinin neft sahəsinə yeni uğurlara imza atır, “Əsrin müqaviləsi” ilə Azərbaycan neft strategiyasının uğurlu təməlini qoyur.
Ulu Öndər həm də Qafqazın ən böyük siyasi partiya olan Yeni Azərbaycan Partiyasının təməlini qoymuşdur. Məhz hazırda yüz minlərlə azərbaycanlı siyasi ideologiyası ilə bu partiyanın ətrafında birləşib xalq-iqtidar birliyini sübut edirlər. Yeni Azərbaycan Partiyası Ulu Öndərin qayəsini əsas tutaraq, həm indi, həm də gələcək üçün böyük uğurlara imza atmaqdadır.
Heydər Əliyevin hakimiyəti dövründə həm də azərbaycançılıq ideologiyası formalaşmağa başladı, milli birlik və ruh birliyinin əsası qoyuldu. Əslində bu Azərbaycanın gələcəyinin sabitliyinin, bütövlüyünün təməl addımları idi. Ulu Öndər Heydər Əliyev vəfat etdikdən sonra onun ənənələrini Prezident İlham Əliyev davam etdirməkdədir. Ulu Öndərimizin ruhu şaddır, Qarabağ azaddır. Bu həm Azərbaycan xalqı qarşısında ən böyük inam, həm də Ulu Öndərin gələcək Azərbaycan üçün ən böyük məqsədi idi.
Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi :“Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir.”
Aypara Babayeva /YAP-ın üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki