image-32backend

Azərbaycan Ordusu məsuliyyətli və peşəkar Ordudur.

image-reklam_sirab_01

Bu gün əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun tarixi ənənələri yeni müstəvidə qorunub saxlanılır, inkişaf etdirilir. Bu gərəkli iş ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün oldu. Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında ordu quruculuğu ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən müdrik siyasət, qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi. Bunu beynəlxalq ekspertlər də etiraf edirlər. Dövlətimizin siyasi və iqtisadi baxımdan davamlı inkişafı ordumuzun gələcəkdə də öz inkişaf tempini saxlamaq üçün əsaslı bir təminatdır.

Bu gün xalqımızda ruh yüksəkliyi, orduya inam, qələbəyə əminlik hissi sarsılmaz Azərbaycan Ordusunu yeni-yeni qələbələrə ruh¬landırır. İndi hamı inanır, əmindir ki, dövlətimizin başçısının rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tez bir zamanda yağı düşməni doğma tor¬paqlarımızdan tamamilə qovacaq, bizə zəfər bayramı, Böyük Qələbənin sevinci yaşadacaq.Amma mübarizə təkcə döyüş meydanında getmir. Bu gün İnformasiya məkanı, diplomatik arena da döyüş meydanı sayılır və Azərbaycan Prezidenti həm informasiya saahəsində, həm də diplomatik müstəvidə Azərbaycan xalqının maraqlarını yorulmadan müdafiə edir, müasir dövrün əsl siyasi lider obrazının yeni cizgilərini yaradır. Beş il ərzində (1988-1993-cü illər) işğal olunmuş, təxminən 27 il ərzində güclü müdafiə istehkamları yaradılmış ərazilərin mühüm hissəsinin qısa müddətdə azad olunması Azərbaycan Ordusunun və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətinin göstəricisidir. İşğal altında olan torpaqlarımız azadedildi. İndi həmin torpaqlarda üçrəngli Azərbaycan bayrağı dalğalanır.Ermənistan torpaqlarımızı işğal etməklə və burada qanunsuz məskunlaşdırma aparmaqla elə düşünürdü ki, Azərbaycan sona qədər buna dözəcək və susub oturacaq. Amma dövlətimiz bütün istiqamətlərdə – ordu quruculuğu, diplomatiya və siyasət sahələrində öz işini görürdü. Bu gün döyüş meydanında qazandığımız nailiyyətlər güclü maddi-texniki bazaya, peşəkar kadrlara və döyüşkən əsgərlərə malik Ordumuzun sayəsində mümkün olub.Azərbaycan Prezidenti son illər ərzində ardıcıl fəaliyyəti ilə dünya ictimaiyyətini Qarabağın, münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmağa müvəffəq oldu. Beynəlxalq tribunalardan Azərbaycan həqiqətlərini dünyaya çatdıran dövlətimizin başçısı dərin təfəkkürü, siyasi savadı, məntiqi ilə hadisələrin necə baş verdiyini və hansı tərəfin haqlı olduğunu göstərdi.Hansı ölkədə yaşamasından, hansı xalqı təmsil etməsindən asılı olmayaraq, ədalət hissini, vicdanını itirməyən, müstəqil düşünməyi və nəticə çıxarmağı bacaran istənilən insan, hesab edirəm ki, cənab Prezidentin müraciətini dinlədikdən sonra bu gün baş verənlərin gerçək mahiyyətini anlaya bilər.Prezident İlham Əliyev bir ay ərzində itirilmiş torpaqların mühüm hissəsində ölkəsinin bayrağını, xalqının milli ruhunu, qürurunu, özünə inamını, Ali Baş Komandanı olduğu ordusunun qüdrətini, Prezidenti olduğu ölkəsinin nüfuzunu, master-klass səviyyəsində müsahibələri ilə beynəlxalq imicini, xalqa müraciətlərində isə xalqın qəlbindəki məqamını daha da yüksəklərə qaldırdı.Bu gün Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən erməni işğalçıları hərbi maşınlarını, silah-sursatlarını, hətta bayraq¬larını belə döyüş meydanında qoyub qaçırlar. Haqq işi uğrunda mübarizəyə qalxan Azərbaycan isə tutduğu yoldan dönmək fikrində deyil. Əmin idik ki, ordumuz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğal altında olan bütün torpaqları¬mızı azad edəcək və etdi. Azərbaycan bayrağı Xankəndidə, Şuşada və digər yaşayış məntəqələrimizdə qaldırıldı.

Azərbaycan xalqı öz əzmini, birliyini, gücünü sübut etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 30 illik həsrətə son qoydu. Biz öz əzəli torpaqlarımıza alnıaçıq, üzüağ, zəfər bayrağı ilə qayıtdıq.
Dekabrın 10-da Bakıda Zəfər paradı keçirildi. Azadlıq meydanı bir çox hadisələrin, gərgin anların şahidi olub. Zəfər paradı düşmənə də, onun havadarlarına da xatırlatdı ki, Azərbaycan Ordusu güclü ordudur.

 

Ebru Agayeva

Baki Slavyan Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki