image-photo-2022-06-24-11-27-45backend

Azərbaycan Ordusunun gücü

image-reklam_sirab_01

Azərbaycan Ordusu Azərbaycan xalqının qürur mənbəyidir. Azərbaycan Ordusu gücünü 44 günlük Vətən müharibəsində ortaya qoydu. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası Azərbaycan Silahlı Qüvvələrinin döyüş ruhu və təchizatı barəsində geniş məlumat verir. Hər bir azərbaycanlı Azərbaycan Respublikası Ordusunun hər bir mənsubuna minnətdarlıq borcu hiss edir. 3 minə yaxın Azərbaycan əsgər və zabiti Qarabağ uğrunda irəli atılaraq öz əzəli torpaqlarını xilas etmə əməliyyatında canlarını ortaya qoydular. Bu ordu AXC-nin mövcud olduğu 23 ayın bünövrəsindir.Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcud olmasına baxmayaraq, Ordu Quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bildi. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım olmuşdur.Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə hər zaman xüsusi diqqət yetirilir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.

Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində uğurlu diplomatik iş aparan Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və adıçəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. 44 gün ərzində müntəzəm surətdə fərqli mənbələrdən və ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulan Azərbaycan Ordusu bu gün örnək, düşmənlərin canında qorxu yaradan ordu nümunəsidir. Vətən müharibəsində yaranan Dəmir Yumruğun əsasını Ordu – Prezident – xalq birliyinin təcəssüm etdirir.

 

Natiq Babayev /Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki