image-resid-heyderovbackend

Azərbaycan özü münaqişəni həll etdi!

image-reklam_sirab_01

Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu başa çatıb. Sayca 8-ci olan və noyabrın 6-dək davam edən Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcədə digər nüfuzlu qonaqlar iştirak ediblər.

Prezident çıxışında bir sıra maraqlı məqamlara toxunub. Onlardan biri də Ermənistan–Azərbaycan münaqişəsidir. Prezident qeyd etmişdir ki, Azərbaycan özü münaqişəni həll edib. Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirib və həmin qətnamələr 27 il ərzində kağız üzərində qalıb və Azərbaycan özü ərazi bütövlüyünü bərpa etməsə idi, həmin qətnamələr növbəti 27 ildə kağız üzərində qalacaqdı. Demək olar ki, rəsmi İrəvan bütün dövrlərdə işğalçı siyasət yürüdüb. Ermənistan rəhbərliyi işğal olunmuş torpaqların bir qarışını belə qaytarmayacağını artıq açıq şəkildə bəyan etməsindən və Ermənistan rəhbərliyinin atdığı bir sıra digər addımlardan, 2020-ci ilin iyulunda sərhəddə açıq hərbi təxribata əl atıqlarından, mülki şəxslərimizi və hərbçilərimizi qətlə yetirdiklərindən vəAzərbaycanın dinc kəndlərini atəşə tutmağlarından danışdı.

Cənab Prazident 44 gün Vətən Müharibəsindən və Ermənistan ordusunun tam məğlubiyyətindən də danışdı. Prezident qeyd etmişdir ki, azad edilmiş ərazilərdə tam dağıntılar baş verib, bir dənə olsun bina salamat qalmayıb. İşğal illəri ərzində onlar bütün tarixi abidələri, 67 məsciddən 65-ni dağıdıblar. Evləri, həyətləri, ictimai binaları və sair tikililəri yerlə-yeksan ediblər. Bu, barbarlığın sübutudur.

Hazırda isə azad edilmiş əraziləri fəal şəkildə bərpa edilir. Genişmiqyaslı bərpa proqramı başlanılıb və işğaldan azad edilən ərazilərdə bir ildən az vaxt ərzində sosial və infrastruktur obyektlərinin tikildiyini, yenidən qurulduğunu və bu işlərin hazırda da davam etdiyini bildirib və qısa müddət ərzində bir milyondan çox insan həmin yerlərə qayıdacaq. Dövlətimizin başçısı bildirdi ki, əsas hədəf azad olunan ərazilərdə keçmiş məcburi köçkünlər üçün yüksək yaşayış şəraitinin yaradılmasıdır. 30 illik işğalın əziyyətlərinə, azad edilmiş ərazilərdə vandalizm və varvarlığa baxmayaraq, Azərbaycan maksimal konstruktivlik nümayiş etdirib.

Sonunda demək olar ki, bu işlər Azərbaycan Prezidentinin qətiyyətli və səriştəli rəhbərliyi, cəsarətli mövqeyi sayəsində reallaşıb və pandemiyanın hökm sürdüyü bir dövrdə belə bir forumun keçirilməsi bir daha Azərbaycanın nüfuzundan xəbər verir.

Suraxanı Rayon Gənclər və İdman İdarəsinin

əməkdaşı Rəşid Heydərov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki