image-e2a947e4-03d5-3e99-9bf7-fa78e815cb5e_850backend

Azərbaycan Premyer Liqası: Üçüncü tur autsayderlərin dueli ilə başlayır

image-reklam_sirab_01

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək.

Günün yeganə matçında “Şamaxı” “Səbail”i qəbul edəcək. Şamaxı şəhər stadionundakı qarşılaşma saat 16:30-da başlayacaq.

İlk 2 turdan sonra xalı olmayan kollektivlər “Kəpəz” və “Sumqayıt”la birlikdə 7 – 10-cu yerləri bölüşdürür.

Komandalar indiyədək ölkə çempionatında 19 dəfə üz-üzə gəliblər. Bunların 6-da paytaxt klubu, 7-də bölgə təmsilçisi qələbə qazanıb. 6 görüşdə heç-heçə qeydə alınıb. Topların nisbətində isə bərabərlik hökm sürür 20:20.

“Şamaxı” son 6 oyunda uduzmayıb. “Səbail” son 9 səfərdə yalnız bir dəfə məğlub olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki