image-reklam-veteninfo
image-photo-2022-03-06-14-35-16-1backend

  Azərbaycan qadını bütün dövrlərdə öz sədaqəti və fədakarlığı ilə seçilmişdir.

image-reklam-veteninfo

 

Qadın daim dəyişən, yenilənən, güclü olan və ya güclü görünən, nadir hallarda zəifliyini bildirən, çox zaman qayğıkeş, çox zaman qayğılı olan, bəzən qəlbindəki qalaq-qalaq arzuları bir kənara qoyub sevdiklərinin həyata keçən arzuları ilə xoşbəxt olan uca bir varlıqdır.

Qadın anadır, həyat yoldaşıdır, bacıdır, övladdır. Bunların hər biri ayrı-ayrılıqda  bir da bir məsuliyyətdir.

Qadın gücdür, həyatdır, bir bağçaya bər-bəzək olan çiçəkdir, mavi sonsuz səmaya bəzək olan günəşdir, gecənin qaranlığa şəfəq saçan aydın, susuz səhralara məlhəm olacaq yağmurdur. Həm şüşə kimi zərif, incə, qırılğan, həm də polad kimi möhkəm, əyilməzdir.

Tarixdə qadının rolu və yeri bu xalqın, cəmiyyətin daxilində gedən proseslərlə bağlı dəyişikdir.

“Kitabi-Dədə Qorqud” dastanlarında əsir düşən oğlunun ardınca döyüşçü  paltarında at belində gedən, düşmən bayrağını qılıncla kəsib endirən Burla Xatundur qadın, Makedonyalı İsgəndərə öz sarayında ibrət dərsi verən – “Erkək timənliyəm düşünsən bir az, Aslanın erkəyi, dişisi olmaz!”-deyən Nüşabadır qadın, saf sevgisi, pak əxlaqı ilə Xosrovu yüksək mənəvi məqama çatdırandır qadın, həm daxili, həm zahiri görünüşü, abrı isməti ilə göz oxşayan Pəridir, Güləndamdır qadın, oğlunun qatilinə bir söz verdiyi üçün ona yardım edən Səlmadır, əri tərəfindən mənliyi tapdanan və şərəfini, adını uca tutan Sevildir, oğul yola salıb, hər saniyə yolunu gözləyən, “Qaytar ana borcunu” deməyə dili gəlməyən anadır, doğma balasını xilas edib, özü “buz heykəl” olan anadır QADIN.

Cənnət Qarabağı can qoyarağ, qan tökərək bizlərə qaytaran Cəbrayılları, Xudayarları, Poladları, Mübarizləri dünyaya gərirəndir QADIN.

44 günlük Vətən müharibəsində qadınlarımızın cəsarətinə bir daha şahid olduq. Hər bir qadınımız müasir qəhrəmanlıq tarixinə yeni nümunələr gətirdi, Azərbaycan qadının igidliyi, qorxmazlığı, mübarizliyi, vətənpərvərliyi dünyada yeni qadın obrazı yaratdı. Bu bizim tarixən tanınmış qadınlarımızın yeni təcəssümüdür. Şəhid bacımız Arəstə ilə, övladının, həyat yoldaşının cənazəsini öz çiynində son mənzilə yola salan ana-bacılarımızla qürur duyuruq! Biz onlara bir daha başsağlığı veririk. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qadın həm də anadır, Vətəni müdafiə edən, onun inkişafına töhfə verən övlad yetişdirir. Biz analarımızla fəxr edirik! Mən qadınları, anları, bacıları, qızlarımızı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm. Onların ailələrinə səadət, fəaliyyət göstərdikləri sahədə isə nailiyyətlər arzulayıram. Çünki onların uğuru Azərbaycanın daha da güclənməsi və firavanlığı yolunda bir addımdır.

Qadın həyatdır, həyatın özüdür. Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

Abdullayeva Aytən Nəsimi rayon sakini

 

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki