image-resid-heyderovbackend

Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır.

image-reklam_sirab_01

90-cı illərin əvvəllərində siyasi və ictimai xaotik vəziyyətdə olan Azərbaycan üçün atılmış müdrik addımlardan biri də sözsüz ki, onun maraqlarını qoruyacaq bir birliyə üzv olması idi. Sovet İmpersiyasının dağılmasından sonra bölgədə bir neçə post Sovet ölkəsinin bir araya gələrək Müstəqil Dövlətlər Birliyini yaratması regionda iqtisadi və siyasi sabitliyin, dayanıqlığın dəstəkçisi oldu. İnsan hüquq və azadlıqlarının təmin olunması, xarici siyasət fəlaiyyətinin əlaqələndirlməsi, ümumi iqtisadi məkanın formalaşdırılmasında, nəqliyyat və rabitə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, əhalinin sağlamlığının və ətraf mühitin qorunması, sosial və immiqrasiya siyasəti məsələləri, müdafiə siyasətində və xarici sərhədlərin mühafizəsində əməkdaşlıq kimi əhəmiyyətli istiqamətlərdə tərəfdaşlıq edən Müstəqil Dövlətlər Birliyi üzvlüyündə Azərbaycanın özünəməxsus, spesifik yeri vardır.

Hər zamankından fərqli olaraq bu dəfəki görüş COVİD-19 pandemiyası səbəbilə virtual şəkildə baş tutmasına baxmayaraq, Azərbaycanın dövlət başçısı, cənab İlham Əliyev öz çıxışı zamanı üzv dövlət olaraq dövlətimizin fəaliyyəti və eyni zamanda bölgədəki sabitlik, regionun inkişafında oynadığı rolu barədə hərtərəfli məruzə etmişdir.

Dövlət başçısının öz çıxışında qeyd etdiyi vacib iki məqamdan biri sözsüz ki, post müharibə dövründə həm MDB-yə üzv dövlət kimi birliyin nizamnaməsini, həm də beynəlxalaq hüquq normalarını kobud şəkildə pozaraq onlarla insanın ölümünə və yaralanmasına səbəb olan Ermənistanın atdığı yolverilməz addımlar üzv dövlətlərin diqqətinə çatdırılmışdır. Prezident öz çıxışında, “Hazırda Azərbaycanın qarşısında duran əsas problemlər azad edilmiş ərazilərin minalardan təmizlənməsi və dağıdılmış infrastrukturun, binaların, evlərin, Azərbaycan xalqının tarixi abidələrinin bərpasıdır. Müharibədən sonra 150-dən çox vətəndaş minaya düşərək həlak olub, yaxud ciddi xəsarətlər alıb. Ermənistan minalanmış sahələrin tam xəritələrini bizə verməkdən imtina edir. Azad edilmiş ərazilərdə təqribən 30 illik işğal dövründə demək olar ki, bütün binalar və tarixi abidələr dağıdılıb. Füzuli şəhərində və Füzuli rayonunun bütün kəndlərində binalar və evlər 100 faiz dağıdılıb. Ağdam şəhərində və Ağdam rayonunda da eyni vəziyyətdir. Ağdam şəhəri “Qafqazın Hirosiması” adlandırılır. Cəbrayıl rayonunda cəmi 2 bina salamat qalıb, orada Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları yerləşirdi. Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında da oxşar vəziyyətdir. Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb. Bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin köməyi ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib. Evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb. Azərbaycan ərazilərində vandalizmin izləri belədir.” deyərək Azərbaycana qarşı törədilən vandalizmi üzvlərin diqqətinə çatdırmışdır.

Cənab Prezident çıxışı zamanı suveren dövlət olaraq müharibə və münaqişənin tarixdə qaldığı xüsusi vurğulanmış, həm keçmiş münaqişə tərəfləri olan Azərbaycan və Ermənistan həm də region üçün sülh razılaşmasının vacibliyi vurğulanmış, Azərbaycanın sülhə daim hazır olduğu qeyd olunmuşdur.

Suraxanı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Rəşid Heydərov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki