image-49backend

Azərbaycan Qətərdə keçiriləcək beynəlxalq turizm sərgisində iştirak edəcək

image-reklam_sirab_01

Dövlət Turizm Agentliyinin Azərbaycan Turizm Bürosu (ATB) gələn ay Qətərin paytaxtı Dohada keçiriləcək “Qatar Travel Mart 2021” beynəlxalq turizm sərgisində iştirak edəcək.

Veteninfo.az  bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, sərgi noyabrın 16-18-də Doha Sərgi və Konqres Mərkəzində (DECC) baş tutacaq. Sərgidə 31 ölkədən 14 milli pavilyon olacaq və 136 qonaq iştirak edəcək. Bu sərginin hesabına 2022-20225-ci illərdə Qətərə 290 min turist cəlb edilməsi və illik orta hesabla 900 milyon ABŞ dolları gəlir əldə edilməsi hədəflənir.

Azərbaycanın sərgidə ATB-nin baş icraçı direktoru Florian Senstschmid təmsil edəcək. Burada onun rəhbərliyi ilə Azərbaycan pavilyonu quraşdırılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki