image-modern-az_azerbaijan_soldier_081120_20backend

Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində öz status və rolunu artırmışdır.

image-reklam_sirab_01

Tarix boyu ərazi bütövlüyümüzü qorumaq üçün bir çox müharibələr baş verib. Hegemon dövlətlər Azərbaycan ərazisini parça – parça edib , bölüşdürürdülər. Dünya xəritəsində belə qədimdə bizim ölkəyə yer yox idi.. Ərazisi, təbiəti, zənginliyi ilə məşhur olan bu ölkə hər birinin yiyələnmək, mənimsəməy isdədiyi “ Yağlı tikə” olmuşdur. Qarabağ müharibəsi illərlə davam edərək böyük münaqişə kimi yaddaşlarda qaldı. Zaman-zaman hər şey bizim xeyrimizə olaraq sonunda Qələbə bizim oldu. Qarabağın düşmən tapdağından azad olunması həm millətimiz üçün böyük qələbə həmdə siyasi baxışdan uğurlu bir əməliyyat idi. Ölkələrarası beynəlxalq münasibətlərdə artıq gücümüz isbat olunmuşdu.

Bu qələbə ilə itirilmiş milli-mənəvi dəyərlərimizə və tarixi-dini abidələrimizə bir daha sahib çıxdıq. Lakin, qələbənin əldə edilməsi heç də asan olmamışdır. Bunun arxasında Azərbaycanın son 17 il ərzində regionda və beynəlxalq münasibətlərdə həyata keçirdiyi xarici siyasət, ordu quru¬culuğu, sosial-iqtisadi inkişaf, vətəndaş-iqtidar həmrəyliyi və Azərbaycanın regional güc mərkəzinə çevrilməsi siyasəti dayanır¬dı. Bu siyasətin uğurla həyata keçirilməsi ölkə başçısı cənab İlham Əliyevin adı ilə birbaşa bağlıdır. Şanlı qələbənin və 17 illik siyasi təcrübənin uğurlu nəticəsinin, məhz 2020-ci ildə əldə olunmasını nəzərə alaraq, bir sıra tarixi məqamları xatırlamaq məqsədəuyğun olardı.
Qələbənin əsas səbəblərindən biri Azərbaycan xalqı tərəfindən Prezi¬dent İlham Əliyevə olan böyük etimad və inamın nəticəsi idi. Münaqişənin bitməsinə və qələbə qazanılmasına 44 gün bəs etdisə, dünyanın bu münaqişədə haqlı və işğala məruz qalan tərəf kimi, məhz Azərbaycanın olması faktını qəbul etməsinə 17 il vaxt lazım gəldi.
İlk gündən Azərbaycan dövləti bu münaqişənin diplomatik yolla həllini qarşı¬ya məqsəd kimi qoymuşdu. Xarici siyasətin əsas hədəfi “Ali məqsəd –Qarabağ” kimi müəyyən olunmuşdur. Ölkə daxilində siyasi sabitliyin qorunması, iqtisadi və sosial inkişafın sürətləndirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi və regionda qonşu dövlətlərlə paritet və mehriban münasibətlərin qurulması siyasəti nəticəsində müasir beynəlxalq münasibətlər sistemində ölkəmizin əsas subyekt olması şərtləndi. Azərbaycanın dövlətinin bu münaqişənin, məhz ölkəmizin xeyrinə həlli istiqamətində tutduğu prinsi¬pial mövqeyi qısa bir zamanda dünyanın aparıcı beynəlxalq təşkilatları tərəfindən hüquqi cəhətdən dəstəklənməyə başlandı.
Ermənistan tərəfinin danışıqlar¬da imitasiya xarakterli iştirakı, danı¬şıqların müddətini daha da artırmaq cəhdləri və status-kvonun dəyişilməz qalması istiqamətində atdığı addımlar Azərbaycanın prinsipiallığını daha da artırdı. Ötən illər ərzində ölkəmizin bu istiqamətdə beynəlxalq mövqeləri daha da möhkəmləndi. Zaman artıq Azərbaycanın xeyrinə işləyirdi. Ölkə başçısı İlham Əliyev tərəfindən torpaqlarımızın işğaldan azad olunması strategiyası uğurla inkişaf etdirilirdi. Artıq Azərbaycanın dünya¬da təhlükəsizliyin təminatçısı qismində beynəlxalq münasibətlərin subyekti rolunda çıxış etməsi zərurətə çevrildi.
Azərbaycanın uğurlu xarici siyasəti nəticəsində artan nüfuzu, təbii ki, Ermənistan tərəfini narahat etməyə bilməzdi. Bunun nəticəsi olaraq, cəbhə bölgəsində baş verən kiçik həcmli və qısa müddətli münaqişələr Ermənistan tərəfindən artıq diversiya-təxribat aktla¬rına çevrildi. İlk belə təxribat 2016-cı ilin aprel ayında baş verdi və nəticədə 27 il işğal altında olan ərazimizin 2 min hekta¬rı, o cümlədən, Lələtəpə və digər strateji əhəmiyyətli yüksəkliklər düşmən tapda¬ğından azad edildi. Bu zəfər müzəffər ordumuzun və xalqın qələbəyə inamını daha da artırdı.
Müstəqil bir ölkə olan Azərbaycan müstəqilliyini qorumaq üçün əlindən gələni hər zaman etmişdir. İstər 1918 ci ildə , istərsə də 1990 cı ildən bu günkü günümüzədək. Bu müstəqilliyi əldə etmək elədə asan deyil, lakin onu qorumaq daha çətindir. Bizlər bu ölkənin vətəndaşları olaraq hər birimiz bizə azad yaşamağımıza şərait yaradan hər bir başçımıza və canından keçən igidlərimizə hər zaman borcluyuq… Müstəqilliyimiz hər zaman əbədi olsun və biz gənclər də ölkəmizi hər bir yerdə alnıaçıq təmsil etməliyik.

Azərbaycan Dillər Universiteti
Orucova Fatimə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki