image-reklam-veteninfo
image-photo-2022-02-25-09-05-20backend

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlıq regionda sabitliyin təminatına töhfə verir.

image-reklam-veteninfo

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlığın tarixi kökləri çox qədim dövrlərə gedib çıxır.Hələ XV əsrdə Azərbaycan dövlətləri ilə Rusiya arasında tarixi əlaqələr qurulmuşdur.Bu əlaqələr daha çox ticarət-iqtisadi əməkdaşlıq fonunda idi.1667 ci ildə Səfəvi dövləti ilə Rusiya arasında geniş əməkdaşlıq müqaviləsi imzalanmışdır. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası beynəlxalq münasibətlərdə bərabərhüquqlu əməkdaşlıq siyasəti yürütməyə başladı.Rusiya Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il tanımışdır. 1993-cü ildə hakimiyyətə gələn ümummmilli lider Heydər Əliyev Rusiya Federasiyasına bir neçə dəfə etdiyi rəsmi səfərlərdə müxtəlif istiqamətlərdə region üçün böyük əhəmiyyət kəsb edən müqavilələr imzalandı.1997,2008 və 2018-ci illlərdə iki dövlət arasında imzalanan bəyannamələr iki ölkə arasınada əlaqələri gücləndirməklə yanaşı əmtəə dövriyyəsini 3 milyard dollara çatdırmışdır.Mədəni sahələrdə də əməkdaşlıq yüksək səviyyə çatmışdır.Beləki Azərbaycanda təhsilin rus dilində olduğu 340-a yaxın məktəbdə 140 mindən çox şagird təhsil alır.
2022-ci fevralın 22-də Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış 43 bənddən ibarət Bəyannamə iki ölkə arasında mövcud olan mehriban qonşuluq əlaqələrinin yeni müstəviyə qədəm qoyduğunu göstərir.Bəyannamə iki ölkənin mütəqilliyinə,dövlət suverenliyinə qarşılıqlı hörmət,mübahisələrin dinc yolla həlli prinsiplərinə əsaslanırdı.Hər iki ölkə strateji əməkdaşlığa xələl gətirən,regionda təhlükəsizliyin qorunmasında və bunun üçün məsləhətləşmələr mexanizmlərinin fəaliyyət göstərməsi işini gücləndirilməsinə hazır olduqlarını ifadə etmişdilər.Xüsusilə 2020-ci ildə regionda atəşin tam dayandırılması və 10 noyabr, 2021-ci il 11yanvar,26 noyabr bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə dəstək verəcəklərini qeyd etmişdilər.
Rusiya Federasiyası ilə əməkdaşlığın keyfiyyət sferası 2018-ci ildə daha aktiv olmuşdur.2018-ci il avqustun 12-də Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın razılaşdırılması və 1 sentyabr Rusiya Azərbaycan əməkdaşlığının başlıca istiqamətləri üzrə Fəaliyyət Planının realizə edilməsi tərəflərin gələcəkdə də geniş əməkdaşlıq planlarından xəbər verir.Ümumiyyətlə Rusiya ilə Azərbaycan arasında son 30 ildə 245 sənəd imzalansada 22 fevral Bəannaməsi münasibətləri müttəfiqlik səviyyəsinə çıxardır.İşğaldan azad olunmuş ərazilərdə də quruculuq işlərinə 14 Rusiya şirkətindən sifariş alınıb.Onu da qeyd etmək lazımdır ki,bəzi siyasi qurumlar Bəyannamənin mahiyyətini təhrif etmək,Azərbaycanın müstəqilliyinin məhdudlaşdırılması,təhlükəsizliyyə xələl gətirən addım olması ilə bağlı ideaları yalnız Azərbaycanı sevməyənlərin arzusu ilə qaynaqlanır.Bəyannamənin bir önəmli cəhətidə ondan ibarətdir ki,bu sənəd Ukrayna-Azərbaycan və Türkiyə-Azərbycan əlaqələrinə heç bir halda xələl gətirməyəcəyi vurğulanır.Türkiyə ilə imzalanan sənəddə Azərbaycan türkiyə xarici siyasət məsələlərində kordinasiya edirlər və bir birlərinə (hərbi yardım da daxil olmaqla) yardım edirlər.Rusiya ilə imzalanmış Bəyannamədə isə bu cür müddəalar yoxdur.Rusiya və Azərbaycan birgə səyləri ilə qafqazda sülhün,Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsi işində böyük nailiyyətlər əldə olunacaqdır.

 

 

159 saylı tam orta məktəbin tarix müəllimi Anar Hüseynov




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki