image-reklam-veteninfo
image-photo-2022-04-23-11-59-14-1backend

Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyənnamə

image-reklam-veteninfo

 

Biz tarixən həm qonşu olan, həm də qonşu olmayan dövlətlərlə dostluq münasibətləri qurmağa çalışmış və çox vaxt da bu yolda uğur qazanmışıq. Daima doğrunun, haqqın, ədalətin yanında olmağımız bizə çoxlu dost qazandırmışdır. Biz bu gün digər dövlətlərlə qonşuluq, dostluq edir və sülh içində yaşayırıq.

Münasibətlərimizin günü-gündən daha da müsbət xətt üzrə irəlilədiyi daha bir dövlət isə Qırğızıstandır. Biz qırğızlarla eyni kökə, eyni mədəniyyətə sahibik. Əlbəttə ki, bu ortaq dəyərlər bizim diplomatik müstəvidə dostluğumuza da öz təsirini göstərir.

Bizim Qırğızıstanla dostluğumuz çox qədim tarixlərə söykənir. Belə ki, hər iki dövlət- Azərbaycan və Qırğızıstan SSRİ-in tərkibində olarkən müttəfiq ölkələr idilər. Bu gün də bu dostluq ən gözəl şəkildə davam edir. Buna misal olaraq Qırğızıstanda yerli xalqla sülh içində, mehribanca yaşayan 20 mindən çox Azərbaycanlıların olmasını göstərə bilərik. Azərbaycanlılar Qırğızıstanda sadəcə məskunlaşmamış, həmçinin Qırğızıstanın ictimai həyatında da fəal iştirak etməkdədirlər.

Bizim Qırğızıstanla aramızdakı diplomatik əlaqlər 19 yanvar 1993-cü ildə qurulmuşdur.

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İlk rəhbəri Fazil Ağamalıyev olan işçi qrupu  “Azərbaycan-Qırğızıstan, Türkmənistan, Tacikistan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu” adı ilə  7 mart 1997-ci il tarixində yaradılmışdır. Hal hazırda Musa Quliyev 2016-cı ildən bəri bu işçi qrupuna rəhbərlik edir.

Bir məsələ qeyd edilməlidir ki 1997-ci ildə iqtisadi sahədə uğurların əldə edilməsi və hər iki dövlət arasında iqtisadi əlaqələrin inkişafı üçün müxtəlif sazişlər imzalanmasına baxmayaraq iki dövlət arasında iqtisadi əlaqələr elə də yüksək səviyyədə inkişaf etməmişdir.

Son zamanlarda iki dövlət arasındakı qarşılıqlı münasibətlər inkişaf etmiş və əməkdaşlıq etdiyimiz 29 ildə ən yüksək zirvəyə çatmışdır.

Cari ilin 20 aprel tarixində ölkə başçısı Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşmüşdür. Bu görüş zamanı iki dövlət arasında “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyənnamə” və “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum” adlı sənədlər imzalanmışdır

Prezident bu görüşdə qarşılıqlı münasibətlərin müsbət yöndə inkişaf etməsindən məmnun olduğunu bildirmişdir. O, iki dövlətin hər sahədə əməkdaşlıq edə biləcək əzmdə olduğunu bildirib.

Bizim Qırğızıstanla aramızdakı münasibətlərin daha da möhkəmlənməsinə müsbət təsir isə Strateji Tərəfdaşlıq haqqında Bəyannamədir.

Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcək, çoxlu sənədlər imzalanacaq. Əlbəttə, hesab edirəm ki, həmin sənədlərdən ən əsası Strateji Tərəfdaşlıq haqqında Bəyannamədir. Bu, bizim münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdıracaq. Biz buna görə çox şadıq. Münasibətlərimizin möhkəm təməli var. Bu, xalqlarımızın qardaşlıq əlaqələridir. Bu gün biz dövlətlərarası münasibətləri belə bir möhkəm təməl üzərində, bu prinsiplər əsasında qururuq”. Deyə Sadır Japarova demişdir.

Sadr Japarov görüş zamanı Ulu öndər Heydər Əliyevin bizim qarşılıqlı əlaqələrimizin əsasını qoyan şəxsiyyət olmasından da bəhs etmişdir.

Biz qeyd etməliyik ki, hər iki dövlət-Azərbaycan və Qırğızıstan beynəlxalq təşkilatlarda da bir-birinə daima dəstək olmuşdurlar. Həmçinin Qırğızıstan Şuşa şəhərinin gələn il Türk dünyasının mədəniyyət paytaxtı olmasını dəstəkləmişdir. Görüş zamanı Prezident İlham Əliyev bu addımına görə Sadır Japarova öz minnətdarlığını  bildirmişdir.

Görüşdə Sadr Japarov da öz fikirlərini bildirmiş qarşılıqlı əlaqələrin inkişafına sevindiyini bildirmişdir.  “Mədəniyyət xadimləri müntəzəm mübadilələr edir, xalqlarımız arasında əsl dostluq körpülərinin möhkəmlənməsinə şərait yaradırlar. Biz Azərbaycan ilə həm ikitərəfli əlaqələrin möhkəmlənməsində, həm də çoxtərəfli əməkdaşlığın genişlənməsində maraqlıyıq” deyə Sadr Japarov bildirmişdir.

Biz inanırıq ki, hər iki qardaş, dost dövlət arasında birlik daimi olacaq və bu münasibətlər günü-gündən daha da gözəl hal alacaq. Biz qardaşıq, birik. Bizim birliyimiz daimi, əbədiyaşar olacaq. Atılan hər addım bizim qarşılıqlı münasibətlərimizdə daha da uğur qazanmağımıza kömək edəcəkdir.

 

 

 

Elnarə Məmmədova

YAP-ın üzvü




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki