image-39backend

Azərbaycan səfiri Emoməli Rəhmonun oğlu ilə görüşüb

image-reklam_sirab_01

Azərbaycanın Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərov Tacikistan Milli Məclisinin sədri, Düşənbə şəhərinin meri Rüstəm Emomali ilə görüşüb.

Bu barədə “Report”a Azərbaycanın Tacikistandakı səfirliyindən məlumat verilib.

R.Emomali əvvəlcə səfir Ə.Əskərovu yeni təyinatı münasibətilə təbrik edib, fəaliyyəti dövründə iki ölkə arasındakı əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Sədr iki dost ölkənin parlamentləri arasında əməkdaşlığın gələcək inkişafının və möhkəmlənməsinin, çoxtərəfli qurumlar çərçivəsində qarşılıqlı əməkdaşlığın vacibliyini və önəmini qeyd edib. R.Emomali parlamentlərarası işçi qrupların təmaslarının intensivliyinin vacibliyini bildirmiş, bu baxımdan qarşılıqlı səfərlərin həyata keçirilməsinin faydalı olduğunu vurğulayıb. Sədr gələn il Azərbaycan ilə Tacikistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə dair yubiley tədbirlərinin yüksək səviyyədə keçiriləcəyinə ümidvar olduğunu qeyd edib.

Səfir iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb, bu baxımdan parlamentlərarası əlaqələrin xüsusi önəm daşıdığını diqqətə çatdırıb.

Ə.Əskərov hər iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın dərinləşməsinin əhəmiyyətini vurğulayıb, bu əlaqələrin müxtəlif platformalarda daha da genişləndirilməsi qarşıya qoyulan məqsədlərə çatmaqda əhəmiyyətli rol oynaya biləcəyini bildirib. Səmimi qəbula görə minnətdarlığını bildirən səfir iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, iki ölkənin parlamentlərarası dostluq qrupları arasında mütəmadi görüşlərin təşkili, elm, təhsil, mədəniyyət, humanitar sahələrdə əməkdaşlığın dərinləşməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Rüstəm Emomali Tacikistan Prezidenti Emoməli Rəhmonun oğludur.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki