image-114backend

Azərbaycan səhiyyə qurumları dünya ölkələrinin mutasiyalarla bağlı təcrübələrini izləyir

image-reklam_sirab_01

Yeni mutasiyanın inkişaf gedişatı və yoluxduruculuğu ilə bağlı məlumatların yaxın günlərdə bəlli olacağı gözlənilir.

Veteninfo.az xəbər verir ki, bu, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaydığı birgə məlumatda bildirilib.

“Vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, ölkənin səhiyyə qurumları yeni ştamı, dünya ölkələrinin mutasiyalarla bağlı təcrübələrini izləyir və yeni yoluxma hallarını nəzarətdə saxlayır.

Cənubi Afrikada aşkarlanan “Omikron” ştamına qısa müddətdə bir çox ölkələrdə – Böyük Britaniya, Hollandiya, Kanada, Danimarka, Almaniya, Belçika, Çexiya və İtaliyada rast gəlinib”, – məlumatda qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image