image-photo-2022-06-24-11-26-38backend

Azərbaycan Silahlı Qüvvələri müstəqilliyimizin əsas dayağıdır.

image-reklam_sirab_01

 

Cəmiyyətin əsas tərkib hissəsi olan və milli maraqlar baxımından xüsusi əhəmiyyət kəsb edən Silahlı Qüvvələrin hərbi qüdrətinin artırılmasında hər bir ölkə vətəndaşı üzərinə düşən məsuliyyəti hiss etməlidir. Əgər ordu dövlət müstəqilliyinin və ölkənin ərazi bütövlüyününəsas qarantı hesab edilirsə, onda bu sahəyə böyük diqqət yönəldilməlidir. Ümumiyyətlə, ordu hər bir dövlətin əsas atributu və təhlükəsizlik sisteminin aəsasıdır. Hazırda dünyada ordusu olmayan dövlət yoxdur.

Bir zaman ümumilli liderimiz Heydər Əliyev qeyd edirdi ki, ordu quruculuğunu inkişaf etdirmək üçün cəmiyyətdə tutduğu mövqeyindən, mənsubiyyətindən aslı olmayaraq hər kəs əlbir fəaliyyət göstərməlidir. Hər bir xalq öz ordusunu inkişaf etdirmək və ölkəsinin müdafiə fəaliyyətini gücləndirmək üçün əzmlə çalışmalıdır.

Son illər doğma ordumuz böyük inkişaf yolu keçib. Bu gün hər birimiz fəxr edirik ki, ulu öndərimiz tərəfindən bünövrəsi qoyulmuş ordu quruculuğu siyasəti hazırda təcrübəli siyasi lider olan Azərbaycan Prezidenti, Ali Baş Komandirimiz İlham Əliyev tərəfindən konseptual şəkildə davam etdirilir. Yaşadığımız son 10 illik zaman çərçivəsinə nəzər yetirəndə başa düşürük ki, ölkənin bütün həyatında özünü göstərən geniş quruculuq işləri ordu sahəsində əhatə edib.

Azərbaycan Ordusu ən müasir tələblərə cavab verən hərbi quruma çevrilib. Dövlət rəhbərliyi səviyyəsində ordu quruculuğuna böyük diqqət yetirilməsi nəticə etibarilə güclü döyüşkən bir ordunun yaranmasına səbəb olub. Artıq beynəlxalq hərbi qurumların rəsmiləri də Azərbaycan Ordusu ən müasir tələblərə cavab verən etibarlı hərbi qurum olduğunu etiraf edirlər.

Böyük fəxr hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan Cənubi Qafqaz regionunda öz ordusunu daxili imkanları hesabına hərbi texniki və silah-sursat təmin etmək gücünə malik olan yeganə ölkədir. Son illər formalaşan hərbi sənayemizin hesabına bir nəinki öz ordumuzun müasir silah-sursatına təmin edirik, hətta bir çox xarici ölkələrə öz məhsullarımızı ixrac etməyə başlamışıq.

Aərbaycan Silahlı Qüvvələrinin təyinatı Azərbaycan Dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü və onun xalqının azadlığını qorumaqdır.

 

Nəsimi rayonu 19N-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi

Abdulova Fərqanə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki