image-reklam-veteninfo
image-photo-2022-03-25-17-13-42backend

Azərbaycan təkcə müharibə meydanında deyil, idmanda da Qalib xalq olduğunu sübut edir.

image-reklam-veteninfo

Sağlam cəmiyyət hər bir dövlətin strateji məqsədidir. Dövlətimiz vətəndaşların idmanla məşğul olmaları üçün xüsusi siyasət həyata keçirir. Hər bir azərbaycanlının idmana maraq göstərməsi və müntəzəm olaraq idmanla məşğul olması dövlətin diqqət mərkəzindədir. Təbii ki, dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Bu formalaşdırılırmış nəsil də Vətənimizin sağlam gələcəyi deməkdir. Müasir gənclərin hərtərəfli formalaşmış, rəqabətədavamlı yetişdiriliməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır. Bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bir çox sahələrdə regionun lider dövlətinə çevrilmişdir.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclərə, idmana və idmançılara göstərilən diqqət, qayğı göz qabağındadır. Bunun da bariz nəticəsi kimi Azərbaycan idmançılarının müxtəlif beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlu nəticələrin sayı artmaqdadır. Bununla da idmançılarımız Azərbaycanın təkcə müharibə meydanında deyil, idmanda da Qalib xalq olduğunu sübut ediblər.

İdman siyasətinin düzgün müəyyən olunması sayəsində bu sahədə uğurlarımız ildən-ilə artır. Ölkəmiz artıq beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmişdir. Fərəh hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idmanda layiqli yerini tutub. Bu yaxınlarda Bolqarıstanda keçirilən 23 yaşadək güləşçilərin 7-ci Avropa çempionatında millimiz Avropa çempionatında hər üç güləş növü üzrə uğurlu çıxış etdib. Yunan-Roma güləşi üzrə 2 qızıl, 1 gümüş və 2 bürünc, qadın güləşi üzrə 1 qızıl, 1 gümüş və 2 bürünc, sərbəst güləşdə isə 4 qızıl və 3 bürünc medal qazanılmışdır. Sərbəst güləşçilərimiz komanda hesabında Avropa çempionu oldublar. Yunan-Roma güləşçilərimiz isə üçüncü yeri tutublar. Ümumilikdə 16 medal qazanılıb. Azərbaycan 7 qızıl, 2 gümüş və 7 bürünc medal qazanaraq ümumi sıralamada birinci yeri tutdub. Bu da Azərbaycan güləşi tarixində rekord nəticədir.

Prezident cənab İlham Əliyevin idmanın inkişafı üçün göstərdiyi səylər və qəbul etdiyi qərarlar belə deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycan idmanı yeni zirvələri fəth edəcəkdir.

 

 

Kərimli Gülüstan

Nəsimi rayon sakini




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki