image-reklam-veteninfo
image-photo-2022-02-28-17-48-23-1backend

Azərbaycan-Türkiyə münasibətləri müttəfiqlik səviyyəsindədir

image-reklam-veteninfo

Müstəqil Azərbaycan uğurlu xarici siyasət nəticəsində beynəlxalq müstəvidə nüfuzlu dövlətə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən illər ərzində Azərbaycan dünya ölkələri, eləcə də beynəlxalq təşkilatlarla fəal əkməkdaşlıq əlaqələri ya¬rada bilər. Məhz bunun nəticəsində də Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi qəbul olunur. Hazırda pandemiya şəraitinin davam etməsinə baxmayaraq, ölkəmiz geniş beynəlxalq əlaqələrini davam etdirir, pandemiyaya qarşı mübarizədə qlobal təşəbbüslərlə çıxış edir. Bu təşəbbüslərin dəstəklənməsi də ölkəmizin artan nüfuzundan xəbər verir.
Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu əsasda fəal əməkdaşlıq edir. Müstəqil siyasət həyata keçirən dövlətimizin xarici siyasətində milli maraqlarımız əsas götürülür. Məhz bu amil xarici siyasətdə, beynəlxalq müstəvidə uğurlarımızı şərtləndirən əsas amillərdən biridir. Xari¬ci siyasətimizdə qonşu dövlətlərlə münasibətlərin inkişafı xüsusi yer tutur: Bu məqamda Azərbaycanın qardaş Türkiyə ilə əlaqələrini də xüsusi vurğulamaq yerinə düşər. Məlumdur ki, ölkəmizin Xarici İşlər və Müdafiə nazirləri qardaş ölkəyə səfər ediblər. Səfər zamanı Türkiyə Prezidenti, eləcə də digər müvafiq dövlət qurum¬larının rəhbərliyi ilə görüşlər keçirilib, mühüm müzakirələr aparılıb.
Azərbaycan–Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsindədir: “İki dövləti tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Bu səbəbdən də münasibətlərimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan–Türkiyə münasibətləri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla inkişaf etdirilir. Xüsusilə, qeyd etmək lazımdır ki, qardaşlıq əlaqələrinin möhkəmlənməsində Azərbaycan və Türkiyə prezidentlərinin şəxsi dostluq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkə beynəlxalq müstəvidə də bir birini birmənalı olaraq dəstəkləyir. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycanın ədalətli mövqeyini dəstəkləmişdir. Ermənistanın işğalçı siyasəti zamanı Türkiyə onunla bütün əlaqələri dayandırıb, sərhədlərini bağlamışdır.. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Xarici İşlər və Müdafiə nazirlərini qəbul etməsi, bu zaman aparılan müzakirələr bir daha iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir”.
Qardaş Türkiyənin nümayiş etdirdiyi mövqe haqlı mübarizəmizdə Azərbaycanın tək olmadığını təsdiqləmişdir.. Eyni zamanda, Azərbaycan–Türkiyə birliyi bölgədə sülhün və təhlükəsizliyin başlıca faktorlarından biridir. Azərbaycan və Türkiyə bu gün regi¬onda söz sahibi olan dövlətlərdir. Təbii ki, bu bölgədə baş verən proseslərdə qardaş ölkələrin mövqeyi həlledici əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, dövlətlərimiz qlobal enerji layihələrinin təşkilatçılarıdır, onda iki qardaş ölkənin nəinki regionda, eləcə də, dünyada nüfuzu daha da artmaqdadır.
Həm Ermənistanın Azərbaycana qarşı işğal¬çılıq siyasətinin, həm də uydurma “erməni soyqırımı”nın beynəlxalq müstəvidə ifşa olun¬masında hər iki xalqın diasporu fəal əməkdaşlıq etmişdir. “Ermənistanın iyul ayında Tovuz rayonu istiqamətində hərbi təxribatı ilə əlaqədar xaricdə yaşayan soydaşlarımız dövlətimizlə, ordumuzla həmrəylik nümayişləri keçirərək düşmənin iş¬ğalçılıq siyasətini, Tovuz istiqamətində törətdiyi növbəti təxribatı pisləyib, ordumuza, dövlətimizə dəstək nümayiş etdirmişdilər. Ermənilərin isə xaricdə yaşayan soydaşlarımızın keçirdikləri dinc aksiyalara dözümsüz yanaşmaları onların əsl simasını, terrorçu niyyətlərini açıb göstərmişdir. Bütövlükdə, bu fəaliyyət Azərbaycan diasporu¬nun son illər mütəşəkkil qüvvəyə çevrilməsinin göstəricisidir.
İşğaldan azad edilən Şuşa şəhərində ötən il iyunun 15-də müttəfiqlik barədə Şuşa Bəyannaməsi imzalanmışdır. Türkiyə Azərbaycanı müstəqil dövlət kimi tanıyan ilk ölkə idi. Azərbaycan müstəqil dövlət kimi ən birinci addımlardan Türkiyə tərəfindən mənəvi dəstəyi hiss etdi. Azərbaycan Türkiyə iqtisadiyyatına 19 milyard dollar, Türkiyə isə Azərbaycana 13 milyard dollar sərmayə qoyub. Podratçı kimi Türkiyə şirkətləri tərəfindən icra olunan çoxlu infrastruktur layihələri var. Təbii ki, mədəni yaxınlıq, dil yaxınlığı, etnik yaxınlıq – bunlar çox vacibdir. Bu, həmin bünövrədir ki, bizə bu münasibətləri misli görünməmiş səviyyəyə yüksəltməyə imkan verib.

Azərbaycan Dövlət Pedaqoji Universiteti. Fatimə Talıbzadə




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki