image-1355153backend

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin iclası keçiriləcək

image-reklam_sirab_01

Yaxın zamanlarda Ankarada Gürcüstan, Türkiyə və Azərbaycan parlamentlərinin xarici əlaqələr üzrə komitələrinin birgə iclası keçiriləcək.

Veteninfo.az-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Xarici əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze məlumat verib.

O, Gürcüstanın Türkiyə və Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin olduğunu deyib: “Bizim hökumətlər səviyyəsində yaxşı əməkdaşlığımız var. Pandemiya səbəbindən parlamentlər səviyyəsində əlaqələr intensiv olmayıb”.

N.Samxaradze qeyd edib ki, yaxın günlərdə Türkiyə parlamentinin sədri Gürcüstana rəsmi səfər edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki