image-37backend

Azərbaycan uşaqları üçün xüsusi inkişaf cədvəlləri hazırlanıb

image-reklam_sirab_01

“Hər ölkənin milli genofondu, yəni genetikası, yaşama mühitləri fərqlidir. Ona görə də ümumən baxdığınız zaman hər ölkədə uşaqların böyümə trendi bir az da olsa bir-birindən fərqlənə bilər”.

Vətəninfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov deyib.

O qeyd edib ki, bu günə qədər Azərbaycanda istifadə edilən başqa ölkələrin cədvəlləri idi: “Məsələn, bir çox dövlət və özəl klinikalarımızda qardaş Türkiyənin tərtib etdiyi cədvəllər istifadə edilirdi. İstifadə olunan cədvəllər 2008-ci ilə aid idi. Heç kimə yad deyil ki, bu gün bütün dünyada piylənmə uşaq yaşlarında artıq başlayır. Bunları nəzərə aldıqda yeni cədvəlin tərtib edilməsinə ehtiyac var idi və biz öz cədvəlimiz hazır olduğu zaman aradaki fərqi gördük. Aparılan elmi tədqiqat bir neçə ilə qədər davam etdi, hər yaş qrupundan uşaqları seçdik, onların çəki, boy, baş dairəsinə baxdıq və göstəricilər əsasında cədvəllər tərtib etdik. Artıq rahatlıqla ölkəmizə aid cədvəli istifadə edə bilərik. Yəni cədvə bizim uşaqlara aid olduğu üçün onların çəkisi, ya da boyu nisbətən az, ya çox olmasını bu cədvəl vasitəsilə müəyyən edə bilərik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image