image-photo-2022-07-20-19-16-17-1backend

Azərbaycan və Avropa İttifaqı arasında birgə əməkdaşlıq

image-reklam_sirab_01

Avropa İttifaqı ilə Azərbaycan arasında olan 15 ildən artıq əməkdaşlıq sayəsində 2006-cı ildə Anlaşma Memorandumu və 2011-ci ildə Cənubi Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanmışdır. Enerji layihələri sayəsində Avropanın enerji xəritəsi tamamilə dəyişmiş, öncəliklə neft hasilatı daha sonra isə qaz hasilatı baş vermiş, Xəzər Dənizini Qara və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkilmiş bununla da Azərbaycan təbii qazı Avropa qitəsinə çatdırmışdır.
Enerji təhlükəsizliyi məsələsi isə bu gün də aktual olan və heç zaman olmadığı qədər vacib məsələdir. Azərbaycanda bərpaolunan enerji istehsal Avropa tərəfindən yüksək dəyərləndirilir hətta külək və günəş enerjisinə sərmayə qoyuluşu prosesidə başlanmışdır.
Qarabağ və Şərqi Zəngəzurun azad torpaqlarında məhz Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində isə külək enerji potensialı 157 meqavata bərabərdir. Bərpaolunan enerjidən istifadə edilmə nəticəsində ixrac üçün daha çox qaz ehtiyatı təmin olunacaqdır.
İmzalanmış olan Memorandum gələcək birlik və əməkdaşlığın yol xəritəsi, planlaşdırılmış bütün məsələlərin icrasıdır. Azərbaycan coğrafi mövqe və müasir daşımalar infrastrukturunu nəzərə alaraq, şəbəkələr qurulması üzərində daha fəal çalışmağa başlamalıdır. İmzalanan saziş üzərində iş aparılmış və hazırlıq işləri gələn ay başa çatmaq üzərədir.
Bu birliyin böyük gələcəyi vardır, bu çərçivədə ikitərəfli qaydada işlər aparılır və aparılmağa davam edəcək.

İsmayılova Aygün /YAP-ın üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki